Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresdə Makakrtinin vəzifədən alınması gözlənilir

ABŞ Nümayəndələr Palatasının spikerinin taleyini demokratlar həll edəcək...

ABŞ Konqresinin Nümayəndələr Palatasına Kevin Makkartinin spiker vəzifəsindən istefası üçün petisiya təqdim edilib.

Poliqon CNN-ə istinadən xəbər verir ki, bazar ertəsi Konqresmen Mett Qets Kevin Makakrtinin spiker vəzifəsindən kənarlaşdırılması üçün səsverməyə çağıran qətnamə təqdim edib.

Qetc “Spiker vəzifəsinin vakant elan edilməsi” adlı qətnaməsi imtiyazlıdır, yəni bu qətnaməyə baxılması Nümayəndələr Palatasının digər işlərindən üstündür. Nümayəndələr Palatasının qaydalarına əsasən, imtiyazlı məsələlər iki qanunvericilik günü ərzində dinlənilməlidir.

CNN qeyd edir ki, Respublikaçıların Nümayəndələr Palatasında kiçik çoxluğa sahib olduğunu nəzərə alarsaq, demokratlar Makkartinin istefaya yollanılması və yaxud onun vəzifədə qalmasına qərar verməli olacaqlar.

Qets daha əvvəl demişdi ki, bu həftə spiker Makkartini vəzifəsindən uzaqlaşdırmağa cəhd etməyi planlaşdırır.

"Mən bu həftə spiker Makkartini vəzifədən azad etmək üçün vəsatət vermək niyyətindəyəm. Düşünürəm ki, biz maskanı yırtmalıyıq. Biz etibarlı olan yeni rəhbərliklə irəliləməliyik”, deyə Qets vurğulamışdı.

Qetsin fikrincə, MakKartinin vəzifəsində qala bilməsinin yeganə yolu demokratların onu dəstəkləməsidir.

Demokratlar Partiyasının yüksək səviyyəli mənbəsi CNN-ə bildirib ki, onların qrupunun Makakrtini dəstəklənməsinə şübhə ilə yanaşır. Çünki Makkarti demokratlarla işləməyə az maraq göstərir və prezident Co Baydenə qarşı impiçment araşdırması başladıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar