Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlax görüşü... - Ermənilər Azərbaycanla inteqrasiyaya gedəcəklərmi, yoxsa Qarabağı tərk edəcəklər?..

35 il müddətində Azərbaycana və türklərə qarşı nifrət kükrəyən və çoxlu sayda hərbi cinayətlərə imza atan ermənilər Azərbaycan bayrağı altında yaşamağa asanlıqla razılaşacaqlar?..

Siyasi-şərhçi: “Artıq bundan sonra yeni mərhələ başlayacaq. Bu baxımdan erməni sakinlərin müəyyən qismi Azərbaycan vətəndaşlığı altında yaşamaqdan imtina edəcəksə, onlar bizim əraziləri tərk etmək məcburiyyətində qalacaqlar və biz tərəfdən buna şərait yaradılacaq”.

“İndiki məqamda hesab edirəm ki, əhalinin əksəriyyəti Qarabağı tərk etməyəcək. Çünki nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlılarının oradakı mövcudluğu hələ də davam edir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Yevlaxda keçirilən görüşün nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün Yevlaxda Azərbaycandakı separatizmin birdəfəlik kökündən qazınması üçün siyasi-hüquqi addım atılacaq. 35 il müddətində Azərbaycana və türklərə qarşı nifrət kükrəyən və çoxlu sayda hərbi cinayətlərə imza atan ermənilər Azərbaycan bayrağı altında yaşamağa asanlıqla razılaşacaqlar? Ermənilər tədricən Qarabağı tərk etməyə, yoxsa Azərbaycana inteqrasiya etməyə üstünlük verəcəklər?

Qarabağ ermənilərinin gələcək yaşayış şəraiti Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Onların qalıb, yaxud getməsinin bizim Xankəndi və ətrafının Azərbaycanın yurisdiksiyasına keçməsinə heç bir təsiri olmayacaq”.

Erməni sakinlərin müəyyən qismi Azərbaycan vətəndaşlığı altında yaşamaqdan imtina edəcəksə, onların bizim əraziləri tərk etmək məcburiyyətində qalacaqlarını xatırladan eskpert Poliqon-a açıqlamasında qeyd edib ki, seçim etmək ermənilərin özündə olacaq:

“Bildiyiniz kimi, ölkə başçımızın da dediyi kimi, onların iki seçimi var. Ya Azərbaycana inteqrasiya olaraq digər milli azlıqlar kimi hüquq və azadlıqlardan yararlanacaqlar, ya da həmin əraziləri tərk edəcəklər. Üçüncü variant yoxdur, heç bir status heç bir muxtariyyatdan söz belə gedə bilməz. 24 saatlıq anti-terror tədbirlərimizdən və qondarma rejimin ağ bayraq qaldırmasından sonra bu məsələ tamami ilə yekunlaşdı.

Artıq bundan sonra yeni mərhələ başlayacaq. Bu baxımdan erməni sakinlərin müəyyən qismi Azərbaycan vətəndaşlığı altında yaşamaqdan imtina edəcəksə, onlar bizim əraziləri tərk etmək məcburiyyətində qalacaqlar və biz tərəfdən buna şərait yaradılacaq. Digər sakinlər isə Azərbaycan vətəndaşlığını qəbul edərək Xankəndidə yaşaya biləcək.

Kamran Məmmədli: “Ermənilər orada qalmasa belə, orada yaşayacaq kifayət qədər vətəndaşlarımız var”.

İndiki məqamda hesab edirəm ki, əhalinin əksəriyyəti Qarabağı tərk etməyəcək. Çünki nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlılarının oradakı mövcudluğu hələ də davam edir və bu ən azı 2025-ci ilə qədər davam edəcək. Bu baxımdan kütləvi köçün olacağını düşünmürəm. Ən azından rusların orada olduğu müddətdə onlar nəyəsə ümid edərək qalacaqlar.

Hər bir halda bizim bu məsələdə hər cür addımı atmışıq. Seçim isə ermənilərin özündə olacaq. İstəyən qalacaq, istəməyən gedəcək. Onların qalıb, yaxud getməsinin bizim Xankəndi və ətrafının Azərbaycanın yurisdiksiyasına keçməsinə heç bir təsiri olmayacaq. Ermənilər orada qalmasa belə, orada yaşayacaq kifayət qədər vətəndaşlarımız var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar