Bazar, 24 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrlandiya “TikTok”u 345 milyon avro cərimələyib

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection Commission", DPC) Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib...

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

Pozuntular 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir. Həmçinin komissiya müəyyən edib ki, uşaqların profilləri heç bir bildiriş göndərilmədən açıq olub, nəticədə onların yerləşdirdikləri paylaşımlar, “TikTok”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla, qeyri-məhdud sayda insan üçün əlçatan olub.

“Bundan əlavə, platformanın funksionallığı yetkin istifadəçilərə, o cümlədən valideyn və ya qəyyum olmayanlara öz hesablarını uşaqların hesabları ilə əlaqələndirməyə və ciddi risklərə səbəb olan şəxsi mesajların mübadiləsinə imkan yaradılmasını təmin edirdi.

Həmçinin, hesabları qeydiyyatdan keçirərkən və videoları paylaşarkən sosial şəbəkə istifadəçiləri məxfiliyə artan müdaxilə səviyyəsi ilə seçim etməyə məcbur edirdi”, - DPC-dən bildirilib.

Komissiya cərimədən əlavə, “TikTok”a pozuntuları üç ay ərzində aradan qaldırmağı tapşırıb.

“TikTok”dan isə İrlandiya tənzimləyicisinin qərarı ilə razı olmadıqlarını bildiriblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Nazir müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - Video

Qarabağın separatçılardan təmizlənməsinin növbəti görüntüləri

Şəhid gizirin son arzusu yerinə yetirildi - Video

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - Video

Vardanyan: Qarabağ Azərbaycanın tam nəzarətindədir

Nəcməddin Sadıkovun oğurladığı 143 milyon - Məhkəmədən şok detallar...

Tanınmış ilahiyyatçı İrana görə həbs edildi

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Ən çox oxunanalar