Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizdə rəsmi səfərdədir - Yenilənib

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycanda işgüzar səfərdədir...

Bakıda keçiriləcək MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə Poliqon-a Baş Prokurorluqdan məlumat verilib.

Azərbaycan Respublikasının Baş prokuroru ilə Rusiyalı həmkarı arasında baş tutan ikitərəfli görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndiyi, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd edilib.

AzərbaycanRusiya prokurorluqları arasında işgüzar əlaqələrin genişləndirildiyini vurğulayan Kamran Əliyev yeni əməkdaşlıq imkanlarının araşdırılmalı olduğunu, mövcud əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyi və perspektivlərindən danışıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İqor Krasnov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qanunun aliliyi və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər ətrafında müzakirələr aparılıb.

***

Bu barədə Poliqon-a Baş Prokurorluqdan məlumat verilib.

Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.

Qonaq Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak edəcək.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Ən çox oxunanalar