Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada geniş abadlıq işlərinə start verilib… - Fotolar

Neftçala rayon mərkəzində böyük abadlıq işləri aparılır…

Neftşala rayonun gənc icra başçısı rayon mərkəzində böyük abadlıq işləri aparmağa başlayıb.

Poliqon xəbər verir ki bu barədə vətəndaşların redaksiyamıza ünvanaladıqları məktubda bildirilir. Vətəndaşlar bildirilər ki, son bir neçə ay müddətində rayon mərkəzinin küçələri işıqlandırılıb, küçə və yollara asfalt döşənilib, əhalinin su ilə təchizatında yaranmış problemlər ortadan qaldırılıb.

“Ölkə prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün rayon və şəhərlərində davamlı abadlıq və yenidənqurma işləri aparılır. İnsanlara sosial qayğı artır və ölkəmiz hər gün daha çox inkişaf edir. Bu baxımdan Neftçala rayonundfa da son aylar aparılan abadlıq və yenidənqurma işləri təqdirə layiqdir.

Görülən işlər sayəsində Neftçala şəhərinin küçələri işıqlandırılıb, küçələrə asfalt döşənilib və yeni yollar çəkilib. Ən əsası Neftçala şəhərinin əsas problemi olan içməli su problemi öz həllini tapıb”, deyə məktubda bildirilir.

Həmçinin məktubda qeyd edilir ki, şəhərin küçələrindəki səkilər yenidən qurulub, bəzi asfalt döşənməyən küçələrə də asfalt döşənilib. Neftçala şəhərinin kanalizasiya sistemi isə hər zaman şəhər sakinlərinin əsas problemlərindən biri olub. Lakin son aparılan abadlıq işləri zamanı bu problem də öz həllini tapıb və şəhərin kanalizasiya sistemi yenilənib.

“Biz göstərilən bu qayğı və diqqətə görə ölkə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Eyni zamanda öz tərəfimizdən aparılan bu yenidənqurma və abadlıq işlərinə görə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova öz minnətdarlığımızı çatdırmaq istəyirik. Mirhəsən Seyidov gənc olmasına baxmayaraq ölkə prezidentinin etimadını doğruldur. İcra başçısı əhalinin problemlərini dinləmək üçün mütamadi olaraq sakinlərlə görüş keçirir və bu problemləri həll etmək üçün rayon miqyasında bütün imkanları səfərbər edir. Ona görə də biz prezident İlham Əliyevin etimadını doğrultmaq üçün durmadan çalışan Mirhəsən müəllimdən razılığımızı ifadə edirik. Gənc olmasına baxmayaarq, Mirhəsən müəllim doğrudan səriştəli fəaliyyəti ilə neftçalalıların rəğbətini qazanıb”, deyə Neftçala sakinləri məktubda yazırlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Ən çox oxunanalar