Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya çempionatı: Bakıda daha bir rekord qeydə alınıb - Foto

Bakıda atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir dünya rekorduna şahid olublar.

Oxu.Az xəbər verir ki, 300 metr məsafəyə uzanaraq atəş açma üzrə kişilər arasında yarışda qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu yeniləyib.

Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).

Yarışda ikinci yeri 599 xal toplayan Finlandiyadan olan atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-ni təmsil edən Timoti Şerry bayram edib (599 xal).

Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.

Qadınların yarışında qızıl medal qazanan Polşa təmsilçisi Karolina Romançik 593 xalla ilk pilləyə yiyələnib. İkinci yeri 592 xalla İsveçrədən olan Silviya Quiqnard Şnider tutub. Fransa atıcısı Aqat Sesil Kamille Qirard isə 592 xalla bürünc medalın sevincini yaşayıb.

Bu növdə qadınların komanda yarışında İsveçrə birinci, Norveç ikinci, Almaniya üçüncü olub.

Fotolar

Poliqon.info 


Etiket: Rekord


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay