Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülsadədən şeirlər: "Mənim Allahım öldü..."

***
...hərdən darıxmağa vaxt tapmır adam,
hərdən unudursan yer üzündəsən.
Bu sabah aynada özümə baxdım;
gözümə,
rəngimə,
üzümə baxdım...
Güzgüdə toxundum dodaqlarıma,
yüklədim boynumdan axan saçımı
özümə qapalı qulaqlarıma.
Çoxdandır özümlə qalmıram belə...
Nə qədər böyüyüb o balaca qız,
daha baxışları ötəri deyil,
saçları uzanıb belinə çatır.
Ana dizlərinə sığınan qızın
bu gün baxışından analıq baxır.
Dəyişib bədəni,
dəyişib ruhu...
Daha da sərt baxır güzgüdən bu gün...
Nə zaman böyüdüm, nə zaman belə?
Nə çox şey yaşanmış...
Nələr yaşanacaq bilmirəm hələ.
Bu sabah güzgüdə özümə baxdım;
rəngimə,
gözümə,
üzümə baxdım...
Nə zaman baxmışdım belə bilmirəm...
İndi xatırladım...hələ uşaqdım..

 

***
Rəsmini gördüm,
gülürdün...mənsizlik yaraşmışdı sənə.
Necə də tez unutmusan hər şeyi,
necə də tez şəkil dəyişib şəkillərin.
Yalanların boylanırdı boyundan,
özündən böyük yalanların,
özündən yaraşıqlı yalanların.
Gülürdün...
Səni mən qədər tanımırdı yanındakı,
o mən qədər bilmirdi səni.
Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki.
Vəfalı ər,
fədakar ata...
Nə qəşəng yaraşmışdın şəkilə.
Səndən sonra çox şey dəyişdi oysa,
Mənim Allahım öldü,
ürəyimə basdırdım özümü.
Sən gülürdün,
mən matəmini tutarkən sənsizliyimin,
belimi yerə vuranda yoxluğun,
xəyanətin.
Sən boyundan böyük bir səadətlə gülürdün...
Tutmuşdun yerini...tuta bilmədiyin əllərim son kəs üzülərkən səndən
sən özünü tamamlayırdın saxta gələcəyinlə.
Mənsizlik yaraşmışdı sənə...
Yalanların qədər,
alçaqlığın qədər.
Sən gülürdün, ancaq, qızının gözlərindən baxırdı mənim nakam taleyim...


***
Sən nə bilirsən necə dözdüm yoxluğuna,
sən nə bilirsən necəydi sənsizlik.
Hər gün ümidsizliyin əl izini tapdım axtarışlarımda...
Keçdiyin yollarda durdum,
görüş yerlərində sayıqladım "gəl"deyə.
Allahdan küsdüm,
sevgimdən küsdüm
Məndən küsdüm,
bir tək səndən küsə bilmədim, heyif.
Bir tək sən anlamadın ömrümə çatıb getdiyin ağrının ağırlığını...
Sən nə bilirsən necə dözdüm yoxluğuna,
hardan biləsən hər gecə necə gizlətdim gözyaşımı,
hardan biləsən unutmayım deyə səsini
hər gün səsqeydi kimi beynimə təkrarlatdığmı.
Demirəm dön,
demirəm sev.
Deyirəm öl,
yaşama,
əlyetməz ol.
Öl ki, haqqın ver sənə tutduğum matəmin...


***
...gözlər yollarda ölür,
ümidlər gözləyişlərdə.
Sevgilər yataqlarda bitir,
qadınlar xəyanətlərdə.
Kişilər qədəh -qədəh tükənir...
Tükənir qadasınaldığım,
hər şey tükənir.
Ana bətnindən başlayır gerisayım,
üzü yoxluğa doğru yürüyür insan.
Dünya yuvarlaqdır,
özümüzdən hər qaçışımız özümüzə dönməkdir,
bir işiğın uğruna milyon kərə sönməkdir...
Mənim işıqlı dünyam,
"MİNBİR GECƏ" nağılım,
ayrılqdan qorxma sən,
ayrılıq da ölməkdir.

Gülsadə


Etiket: Gülsadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay