Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Priqojini maliyyələşdirən şirkətləri “qara siyahı”ya saldı

ABŞ Maliyyə Nazirliyi tərəfindən “Vaqner” qruplaşması ilə əlaqələndirilən Rusiya vətəndaşı Andrey İvanova qarşı da sanksiyalar tətbiq olunub...

ABŞ “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olan və muzdluların qeyri-qanuni maliyyələşdirilməsi əməliyyatlarında ittiham edilən şirkətləri sanksiyalar siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Afrika Respublikası, eləcə də “Vaqner” qrupu və onun lideri Yevgeni Priqojinlə əlaqələrdə ittiham etdiyi dörd Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Məlumata görə, şirkətlər Ukraynada, Afrikanın bəzi ölkələrində silahlı qüvvələri dəstəkləmək və genişləndirmək məqsədilə döyüşçüləri maliyyələşdirmək üçün qeyri-qanuni mədənçıxarma əməliyyatları ilə məşğul olub.

“Vaqner” qrupu öz qəddar əməliyyatlarını qismən Mərkəzi Afrika Respublikası, Mali kimi ölkələrdə təbii sərvətlərdən istifadə etməklə maliyyələşdirir”, - deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib.

Yeni sanksiyalar siyahısına Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Midas Resources SARLU” və “Diamville SAU”, Dubayda “Industrial Resources General Trading” və Rusiyadakı “DM” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən “Vaqner” qruplaşması ilə əlaqələndirilən Rusiya vətəndaşı Andrey İvanova qarşı da sanksiyalar tətbiq olunub. Məlumata görə, o, “Vaqner” qrupunun silah sövdələşmələri, mədənçıxarma və digər fəaliyyətləri ilə bağlı Malidə yüksək vəzifəli məmurlarla sıx əməkdaşlıq edib.

Xatırladaq ki, “Vaqner” Liviyada, Suriyada, Mərkəzi Afrika Respublikasında, Malidə və digər ölkələrdə döyüşüb, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin ən qanlı döyüşlərində iştirak edib. Qrup 2014-cü ildə, Rusiyanın Ukraynaya məxsus Krımı ilhaq etməsindən və Donbasda müharibəyə başlamasından sonra yaradılıb.

Poliqon.info


Etiket: ABŞ Priqojin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay