Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin Belarusa gəldiyi rəsmən təsdiqləndi - Yenilənib  

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarus ərazisindədir...

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

“Bəli, doğrudan da, Priqojin bu gün Belarusdadır”, - deyə Lukaşenko qeyd edib.

O əlavə edib ki, Rusiya hakimiyyəti tərəfindən verilən təhlükəsizlik zəmanətləri yerinə yetirilib. Aleksandr Lukaşenko, həmçinin, təsdiqləyib ki, bir müddət ölkədə qalmaq istəyən “vaqnerçi”lərə kömək etməyə hazırdır.

***

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi iyunun 27-də Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Bu barədə “Belarus Gayun” monitorinq qrupu məlumat verib.

“Yevgeni Priqojinin biznes-jeti (RA-02795 qeydiyyat nömrəli) saat 07:40-da (Bakı vaxtı ilə 08:40 - red.) Minsk yaxınlığındakı “Maçulişi” hərbi aerodromuna eniş edib”, - deyə qeyd edilib.

Məlumata görə, 18 dəqiqə sonra Rusiyadan daha bir biznes-jet enib.
“RA-02878 dövlət nömrə nişanlı “BAe 125-800B” biznes-jeti Sankt-Peterburqdan havaya qalxıb və saat 07:58-də (Bakı vaxtı ilə 08:58 - red.) “Maçulişi” hərbi aerodromuna enib”, - deyə “Belarus Gayun” əlavə edib.

Qeyd edək ki, ötən gün Yevgeni Priqojinin Belarusda olduğuna dair xəbərlər yayılıb.

“BRIEF” “Telegram” kanalının məlumatına görə, Priqojin Minskdə “Green City” otelində görüntülənib. Otellə əlaqə saxlanılsa da, Priqojin haqqında hər hansı məlumat əldə etmək mümkün olmayıb.

“Qonaqlar haqqında məlumat məxfidir, o, burada olsa da, sizə belə bir məlumat verə bilməzdik”, - deyə oteldən bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətindən də belə bir məlumata sahib olmadıqları deyilib.

Qeyd edək ki, Belarusda “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin yerləşəcəyi düşərgələr yaradılır.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay