Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus müdafiə naziri Lukaşenkonun görüşünə nüvə bombası ilə gəldi

“Belarusun düşmənləri düşünməsinlər ki, biz burada simvolizə ilə məşğuluq və ya nüvə silahına çox sevinirik”...

Belarusun müdafiə naziri Viktor Xrenin Prezident Aleksandr Lukaşenkoya hesabat vermək üçün gəldiyi görüşə nüvə bombası ilə qatılıb.

Bu barədə prezidentin Mətbuat Xidməti məlumat verib.

Məlumatda bildirilib ki, hesabatdan əvvəl Müdafiə Nazirliyinin rəhbəri prezidentə bomba şəklində qeyri-adi suvenir hədiyyə etmək istəyib.

“Bomba gətirmisən?” - deyə Lukaşenko təəccüblə soruşub.

Xrenin əlindəkinin bomba olduğunu təsdiqləyib və 1949-cu ildə Sovet İttifaqında icad edilən ilk nüvə bombasını simvolik olaraq Belarus prezidentinə təqdim etmək üçün icazə istəyib.

Lakin Lukaşenko bunun köhnə bomba olduğunu bildirib. “Müasir olan daha fərqli görünür”, - deyə o vurğulayıb.

“Hər şeyə sahib olduğumuzu xarakterizə etmək üçün bu, simvolik məna daşıyır”, - deyə Xrenin izah edib.

O bildirib ki, bu, SSRİ-də ixtira edilmiş ilk nüvə bombasının surətidir.

“Belarusun düşmənləri düşünməsinlər ki, biz burada simvolizə ilə məşğuluq və ya nüvə silahına çox sevinirik”, - Lukaşenko deyib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar