Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin: “Qarşımıza çıxan hər şeyi məhv edəcəyik”

“Vaqner”in rəhbəri Rusiyaya daxil olub: Qarşımıza çıxan hər şeyi məhv edəcəyik”
“Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik...

“Report” xəbər verir ki, bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, sərhədçilər “Vaqnerçi”lərə müqavimət göstərməyib: “25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur(Rusiyanın müdafiə naziri Sergey Şoyqu – Qeyd ). O, 18 yaşlı uşaqları döyüş meydanına atır”.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı vurğulayıb ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: "Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Onlar üçün mülki vətəndaşları öldürmək heçnədir".

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ən çox oxunanalar