Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda dəhşət: Kişi arvadını və 8 aylıq qızını öldürüb, özünə xəsarət yetirib - Yenilənib

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb...

İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

İyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Poliqona bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Poliqon.info


Etiket: qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ən çox oxunanalar