Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslar köhnə sovet tanklarından kamikadze kimi istifadə edirlər...

Rus qoşunları köhnə sovet tanklarından özüyeriyən bomba kimi istifadə etməyə başlayıbılar...

Poliqon xəbər verir ki, bu barədə Rusiya hərbçiləri köhnə sovet T-54/55 tankını özüyeriyən bombaya çevirərək onu Ukrayna mövqelərinə göndərirlər. Rusiya hərbi blogerlərinin dərc etdikləri videonu təhlil edən OSINT analitikləri yazır.

Blogerlər iddia edir ki, tank Ukrayna Silahlı Qüvvələrindən ələ keçirilmiş qənimətdir, lakin OSINT analitikləri bildirir ki əvvəllər sosial şəbəkələrdə yayılan foto və videolar məhz Rusiya tərəfindən T-54/55-i cəbhəyə fəal şəkildə göndərməyə başladığını göstərir.

Kamikadze tankının Ukrayna mövqelərinə hücumunu əks etdirən videonu Rusiya hərbi blogeri Vladimir Romanov yayıb. Onun sözlərinə görə, tank altı ton trotillə doldurularaq “avtopilotla” Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Marinka yaxınlığındakı mövqelərinə göndərilib. Hərbi bloger yazır ki, özüyeriyən bomba Ukrayna mövqelərinə təxminən 100 metr qalanda minada partlayıb.

Silah tədqiqat layihəsi Cᴀʟɪʙʀᴇ Oʙsᴄᴜʀᴀ hücumda iştirak edən tankın T-54/55 olduğunu qeyd edbi. OSINT analitikləri GeoConfirmed-dən yeri müəyyənləşdiriblər. bu, həqiqətən də Mariinka ərazisidir.

Bellingcat-ın qurucusu Eliot Higgins tanklardan bu şəkildə istifadəni İŞİD taktikası ilə müqayisə edib.

Qeyd edilir ki, 2023-cü ilin mart ayında Conflict Intelligence Team ilk modifikasiyaları müvafiq olaraq 1940-cı və 1958-ci illərdə istifadəyə verilmiş T-54/55 ailəsinin köhnə sovet tanklarının yenidən cəbhəyə göndərildiyini bildirib. Aprel ayında bu tanklar ilk dəfə Ukraynada aşkar edilib, onların yaxın döyüşlərdə artilleriya qurğusu kimi istifadə edildiyi qeyd edilib.

Bildirilir ki, bu, Rusiya ordusunun köhnə sovet texnologiyasından özüyeriyən bomba kimi istifadə etdiyi ilk dəfə deyil. İyunun 17-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, onlar partlayıcı ilə doldurulmuş MT-LB zirehli transportyorunun köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin müdafiə istehkamını partlatmağa nail olublar. Nazirlik texnikanın “qənimət” olduğunu da bildirib. Hadisə ilə bağlı heç bir video sübut yayılmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Ən çox oxunanalar