Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda İŞİD-ə qarşı əməliyyat zamanı saxlanılanlar azərbaycanlılardır

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İŞİD terror qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan şəxslər etnik azərbaycanlılardır...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə saxlanılanların vəkili İoseb Natroşvili yerli mətbuata açıqlamasında bildirib. O, saxlanılanların ittiham edildikləri işin məxfi saxlanıldığını qeyd edib.

“Həbs olunanlardan dördünün hüquqlarını mən müdafiə edirəm. Hələlik onlarla görüşməmişəm, ona görə də məsələ ilə bağlı mövqelərini bilmirəm. Müstəntiqdən onlara qarşı ittihamların bu gün irəli sürüləcəyini öyrəndim. Ümumilikdə 7 nəfər həbs edilib. Onlardan 6-sı dünən, biri isə apreldə saxlanılıb. Apreldə saxlanılan Türkiyə vətəndaşıdır və Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin təcridxanasına yerləşdirilib. Dünən saxlanılan 6 nəfər isə Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıdır”, - vəkil deyib.

Qeyd edək ki, Gürcüstan DTX əməliyyat zamanı ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətlərinin müəyyən edildiyini və təhlükəni nəzərə alaraq əldə etdiyi informasiyanı sürətlə tərəfdaş ölkələrlə paylaşdığını açıqlayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar