Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyüş gedən ərazi: ermənilər bu yüksəklikdədir – Foto

Ermənistan silahı qüvvələrinin bölmələrinin 3 gündür təxribatlar həyata keçirdiyi Kəlbəcər sərhədində, Zod mədəni yaxınlığındakı ərazilərin xəritəsi və mövqelərin təsviri təqdim edilib.

Axar.az xəbər verir ki, “Caucasian Live” səhifəsi Ermənistan bölmələrinin 2020-ci il Qarabağ müharibəsindən sonra Kəlbəcər rayonunda şərti sərhəd xətti üzərində yerləşən Hinal dağı (3246,4 m.) və 3316,0 m. yüksəkliyini tərk etməyərək, Azərbaycanın suveren ərazilərini nəzarətdə saxlamağa davam etdiyini bildirib.

Bundan əlavə, Kəlbəcər rayonunun Azərbaycana geri qaytarılmasından sonra Ermənistan Söyüdlü-Zod qızıl yatağını cinahlardan da nəzarətdə saxlamaq və Azərbaycan Ordusunu daha əlverişsiz yerdə mövqelənməyə məcbur etmək məqsədilə 2758,5 yüksəkliyində mövqe qurub.

Xəritədən də aydın olur ki, 2758,5 metr yüksəkliyinə təminat yolu Azərbaycanın suveren ərazisindən keçir. Bununla da Ermənistan tərəfi de-fakto fiziki şəkildə Kəlbəcər rayonuna aid torpaqları işğal altında saxlayır.

Ərazinin həm strateji əhəmiyyətini, həm də qarşı tərəfin bitməyən təxribat cəhdlərini də nəzərə alaraq bu ərazinin təmizlənərək fiziki nəzarətə götürülməsi vacibliyi ortaya çıxır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay