Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talış kəndinin ilk sakinləri doğma yurdlarına çatıblar - Yenilənib

Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb...

Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk mərhələdə köçürülən ailələr artıq çatıblar.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Bakı, Bərdə, Tərtər, SamuxGoranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.

Ailələri Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb.

Kəndə köçürülən sakinlər hazırda yeni evlərinə yerləşdirilirlər.

***

Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk mərhələdə köçürüləcək ailələr kəndə doğru yola çıxıblar.

"Report" xəbər verir ki, Bakı, Bərdə, Tərtər, SamuxGoranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına qayıdırlar.

Qeyd edək ki, Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb. “Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə görüşdə evlərin püşkatma mərasimi keçirilib. Görüşdə, həmçinin əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.

Poliqion.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Arıqlamağın yeni metodu: "30-30-30" - Niyə bu qədər populyardır?

AVRO-2024: Günün ikinci 1/8 final görüşü başlayıb

Ən çox oxunanalar