Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İranda prezident seçkiləri azərbaycanlı namizədin liderliyi ilə ikincu tura qalıb...

Politoloq: “İranda keçirilən prezident seçkisində mühafizəkarlar əllərindən gələni edəcəklər ki, Səid Cəlili qələbə çalsın”.

“Məsud Pezeşkiana qarşı ermənilər qara piarı davam etdirlər. Ermənilər qorxurlar ki, Məsud Pezeşkian seçilərsə, İranın xarici və təhlükəsizlik siyasəti dəyişə bilər”.

Bu sözləri politoloq Elxan Şahinoğlu İranda keçirilən prezident seçkisinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İranda prezident seçkiləri azərbaycanlı namizədin liderliyi ilə ikincu tura qaldı. Artıq ermənilərin qaralamağa çalışdığl Məsud Pezeşkianın ikinci turda şanslarını necə dəyərləndirmək olar və onun prezidentliyi İranda yeni bir dönəmin başlanğıcını qoya bilərmi?

İranda prezident seçkilərində baş verəcək mümkün nəticələri Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İranda əsas siyasi fiqurlar Ali dini lider və SEPAH-dır. Onların da Azərbaycanla münasibətlərdə zaman-zaman gərginliklər yaşandığı ortadadır”.

Hətta Məsud Pezeşkian qələbə çalsa belə, İranın Azərbaycan və Earmənistan siyasətində heç nəyi dəyişməyəcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İranda konstitusiya görə prezidentin elə də böyük səlahiyyətləri yoxdur:

İranda keçirilən prezident seçkisində mühafizəkarlar əllərindən gələni edəcəklər ki, Səid Cəlili qələbə çalsın. Ona görə də Səid Cəlilin şansları da yüksəkdir. Birinci turda azərbaycanlı əsilli Məsud Pezeşkianın lider olmasına baxmayaraq, məğlub olan Qalibafın səsləri ikinci turda Səid Cəliliyə gedə bilər. Eyni zamanda, SEPAH da çalışacaq ki, mühafizəkarlar səslərin mütləq əksəriyyətini Səid Cəliliyə versinlər.

Məsud Pezeşkiana qarşı ermənilər qara piarı davam etdirlər. Ermənilər qorxurlar ki, Məsud Pezeşkian seçilərsə, İranın xarici və təhlükəsizlik siyasəti dəyişə bilər. İran Azərbaycanla və Türkiyə ilə yaxınlaşa bilər. Çünki Pezeşkianın belə oxşar fikirləri olmuşdu.

Elxan Şahinoğlu: “Azərbaycanda da belə fikirlər var ki, Məsud Pezeşkianın seçilməsi ikili münasibətlərə müsbət təsir edərdi”.

Amma məsələ burasındadır ki, hətta Məsud Pezeşkian qələbə çalsa belə, bu heç nəyi dəyişməyəcək. Çünki İranda konstitusiya görə prezidentin elə də böyük səlahiyyətləri yoxdur. Hər səlahiyyət ali-dini liderə məxsusdur. Xarici təhlükəsizlik siyasəti də ali-dini lider və SEPAH-ın generallarə müəyyənləşdirir.

Azərbaycanda da belə fikirlər var ki, Məsud Pezeşkianın seçilməsi ikili münasibətlərə müsbət təsir edərdi. Onun keçmiş millət vəkili və verdiyi açıqlamaları nəzərə alsaq, bunu demək olar. Amma yenə də, İranda əsas fiqur ali-dini lider və SEPAH-dır. Onların da Azərbaycanla münasibətlərdə zaman-zaman gərginliklər yaşandığı ortadadır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Ən çox oxunanalar