Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İsrail üçün Livan tam bir cəhənnəm ola bilər...

Rəsmi Təl-Əviv də Livanda hücum əməliyyatı planını təsdiqləyib...

Turan Rzayev: “HƏMAS-dan fərqli olaraq İsrail “Hizbullah” ilə gərginlikdə o qədər də maraqlı deyildi. Bunun ən önəmli səbəbi “Hizbullah”ın İrandan birbaşa dəstək almasıdır”.

“Bununla belə, İsrailin Livanın cənubunda əməliyyatlara başlamaq qərarı verməsi Təl-Əvivin Qəzzada əldə etdiyi uğurlar və HƏMAS-a vurduğu zərbələrlə bağlıdır”.

Bu sözləri politoloq Turan Rzayev İsrailin Livanda müharibəyə başlamaq istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Rəsmi Təl-Əviv də Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr də vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb.

Bəs, İsrailin Livana hücumu İranın iddia etdiyi kimi Yaxın Şərqdə böyük müharibəyə səbəb ola bilərmi və bu məsələdə sünni ərəb ölkələrinin mövqeyi necə ola bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İraqSuriyadan da müntəzəm dəstək alan “Hizbullah” İsrail üçün HƏMAS qədər asan rəqib deyil”.

Təl-Əvivin Livanda Qəzzadan fərqli olaraq məğlubiyyətə düçar ola biləcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bütün hallarda ABŞ faktorunu unutmaq olmaz. Vaşinqton müttəfiqin məğlub olmaması üçün dəstəyini davam etdirəcək:

“İsrail-Livan sərhədində gərginlik bundan öncə də baş verib. Yəni mövcud vəziyyət yeni deyil. Belə ki, “Hizbullah” təşkilatı İrandan da aldığı dəstək ilə, Livanın cənubunda məskunlaşıb və vaxtaşırı İsrailə hücumlar təşkil edir. HƏMAS-İsrail müharibəsi fonunda “Hizbullah” İsrail gərginliyi daha da artıb.

HƏMAS-dan fərqli olaraq İsrail “Hizbullah” ilə gərginlikdə o qədər də maraqlı deyildi. Bunun ən önəmli səbəbi “Hizbullah”ın İrandan birbaşa dəstək almasıdır. İraqSuriyadan da müntəzəm dəstək alan “Hizbullah” İsrail üçün HƏMAS qədər asan rəqib deyil.

Bununla belə, İsrailin Livanın cənubunda əməliyyatlara başlamaq qərarı verməsi Təl-Əvivin Qəzzada əldə etdiyi uğurlar və HƏMAS-a vurduğu zərbələr ilə bağlıdır. İsrail indiki məqamda HƏMAS-ı bu qədər zəiflətmişkən “Hizbullah”ı da sıradan çıxmaq istəyir.

Turan Rzayev: “Livan özü də İsrailin ərazilərinə hücumuna səssiz qalmayacaq və “Hizbullah” ilə birlikdə İsrailə cavab verəcək”.

İsrail üçün “Hizbullah” ilə müharibə o qədər də asan olmayacaq:

Birincisi, HƏMAS-dan fərqli olaraq “Hizbullah” İrandan quru yolu ilə dəstək ala bilir. Suriya, İraq bu məsələdə onlara dəstək olacaq. HƏMAS-la müharibədə olduğu kimi Rusiyada İranla birlikdə “Hizbullah”a dəstək verə bilər. Digər tərəfdən, Livan özü də İsrailin ərazilərinə hücumuna səssiz qalmayacaq və “Hizbullah” ilə birlikdə İsrailə cavab verəcək.

İkincisi, İsrailin Qəzzada apardığı əməliyyatlar Qərb ölkələrinin bir çoxunun narazılığına səbəb olub. Hətta bir sıra ölkələr sırf bu səbəbdən Fələstin müstəqilliyini tanıyıb. Yəni İsrailin “Hizbullah”a qarşı əməliyyatlar keçirməsi fonunda Qərb ölkələri də bu təşkilata gizli dəstək verəcək.

Nəticə etibarilə, İsrail üçün Livan tam bir cəhənnəm ola bilər. Təl-Əviv burada Qəzzadan fərqli olaraq məğlubiyyətə düçar ola bilər. Təbii ki, ABŞ faktorunu unutmaq olmaz. Vaşinqton müttəfiqin məğlub olmaması üçün dəstəyini davam etdirəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Ən çox oxunanalar