Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Fransada keçirilən parlament seçkilərinin birinci turunda Makronun partiyası ağır məğlubiyyətə uğrayıb...

Politoloq: “Fransada keçirilən seçkilərin nəticələrindən asılı olmayaraq bu ölkələrin xarici siyasətində elə də ciddi dəyişikliklərin olacağını düşünmürəm”.

“Ümumən deyə bilərik ki, hazırda Avropada partiyaların başlıca konsepsiyaları və təklifləri Avropaya miqrant axının qarşısının alınması, iqtisadi zəmində islahat aparılmasıdır”.

Bu sözləri politoloq Turan Rzayev Fransada keçirilən parlament seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Fransada keçirilən parlament seçkilərinin birinci turunda Makronun partiyası ağır məğlubiyyətə uğrayıb. İkinci turdan sonra isə “Milli Birlik” partiyasının təkbaşına hökumət qurmaq üçün gərəkli olan səsə sahib olacağı istisna olunmur.

Fransa seçkilərinin birinci turunu necə dəyərləndirmək olar və “Milli Birlik” partiyasının hökümət qurması Fransaya və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Avropa seçkilərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Fransa xarici siyasətində hər hansısa bir ciddi dəyişikliyin olmasını düşünmürəm”.

Seçkilərin nəticəsindən asılı olmayaraq hakimiyyətə gələcək partiyaların ideoloji və iqtisadi proqram baxımından bir-birlərinə çox yaxın olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, ropa miqyasında ciddi mənada islamofobiya, irqçilik və dözümsüzlük var:

“Fransada keçirilən seçkilərin nəticələrindən asılı olmayaraq bu ölkələrin xarici siyasətində elə də ciddi dəyişikliklərin olacağını düşünmürəm. Ümumiyyətlə, Avropa miqyasında sağ mərkəziçi partiyaların iqtidara gəldiyini biz daha çox müşahidə edirik. Hətta, sol partiyalar belə özlüyündə radikaldırlar. Yəni ümumən deyə bilərik ki, hazırda Avropada partiyaların başlıca konsepsiyaları və təklifləri Avropaya miqrant axının qarşısının alınması, iqtisadi zəmində islahat aparılmasıdır.

Ümumiyyətlə, Avropa miqyasında ciddi mənada islamofobiya, irqçilik və dözümsüzlük var. Bunun da paralelində rasizm, antisemitizm, hətta neofaşizm kimi ideologiyalar da yüksəlir. Yəni əksər sağçı partiyalar da bu istiqamətdə siyasi konsepsiyalarını qurublar.

Bu baxımdan, seçkilərin nəticəsindən asılı olmayaraq hakimiyyətə gələcək partiyalar demək olar ki, bir-birlərinə çox yaxındırlar. Təsadüfi deyil ki, onlar əksər hallarda koalision hökumətlər də qururlar. Bunu Fransaya da şamil etmək olar. Fransa xarici siyasətində hər hansısa bir ciddi dəyişikliyin olmasını düşünmürəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Abid Şərifovun işdən çıxarılan kürəkəninin vəzifəsi kimə həvalə edildi?

Ən çox oxunanalar