Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran bütün vasitələrlə “Hizbullah”ı İsraildən müdafiə edəcək

İsrailin Livana qarşı genişmiqyaslı müharibəsi vəziyyətində İran bütün mümkün vasitələrlə “Hizbullah”ı dəstəkləyəcək...

Poliqon xəbər verir ki, bunu İranın Ali dini liderinin müşaviri, ölkənin Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib.

“Bütün Livan xalqı, ərəb ölkələri və “müqavimət oxu”nun üzvləri İsrailə qarşı Livanı dəstəkləyəcəklər. Ola bilsin ki, müharibə bütün regiona yayılsın, bütün ölkələr, o cümlədən İran da iştirak etsin. Belə bir vəziyyətdə “Hizbullah”ı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmaz”, deyə Kamal Xarazi Financial Times nəşrinə müsahibəsində deyib.

Bununla belə, Xarazi əlavə edib ki, müharibənin genişləndirilməsi İranın maraqlarına cavab vermir.

Xatırladaq ki, iyunun 18-də İsrail Müdafiə Qüvvələri “Hizbullah”ının davam edən hücumları səbəbindən Livana hücum üçün döyüş planının təsdiqləndiyini elan edib.

Öz növbəsində “Hizbullah” lideri Həsən Nəsrullah Qəzza zolağında müharibə fələstinlilərin xeyrinə bitməsə, İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqlarını elan edib.

İyunun sonundan başlayaraq xarici vətəndaşlar Livanı tərk etməyə başlayıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Ən çox oxunanalar