Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan Azərbaycana “907-ci düzəliş” mesajı... - Vaşinqton nə qədər səmimidir?

Ceyms Obrayenin Bakıda “907-ci düzəliş”in ləğvi məsələsini dilə gətirib...

Politoloq: “Gözləmirik ki, birdən-birə “907-ci düzəliş”in ləğv edilməsi təşəbbüsü müsbət sonlanacaq. Lakin prosesi başlatmaq olar. Bu həm də ermənipərəst dairələrə bir mesaj olardı”.

“Bu Azərbaycan cəmiyyətinə də müsbət ismarıc olardı ki, Ağ Ev, Dövlət Departamenti və indiki Adminstrasiya Azərbaycanla münasibətlərə əngəl olan maneəni aradan qaldırılmaq üçün xeyli cəhd göstərir”.

Bu sözləri politoloq Zaur İbrahimli ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin “907-ci düzəliş” mesajını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Bakıda “907-ci düzəliş”in ləğvi məsələsini dilə gətirib. Bununla bağlı erməni diasporunun təsiri altında olan ABŞ Konqresinin “907-ci düzəliş”lə bağlı mövqeyi də bəllidir. KonqresAzərbaycana qarşı daha ağır sanksiyalar tətbiq etmək istəyən nümayəndələr kifayət qədərdir.

Doğrudanmı, ABŞ Adminstrasiyası istəsə, Konqres bu düzəlişi ləğv edər, yoxsa Dövlət Departamenti sadəcə rəsmi Bakının başının altına yastıq qoyur?

Azərbaycan-ABŞ münasibətləri Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Əgər ABŞ Dövlət Departamenti doğrudan da, “907-ci düzəliş” bəyanatında ciddirsə, bu konkret addımlarla müşahidə olunmalıdır”.

Hər dəfə Azərbaycanla ABŞ arasındakı münasibətlərdə fərqli baxış yarananda müəyyən ermənipərəst qüvvələrin “907-ci düzəliş”i dərhal ortaya atdıqlarını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bunun ətrafında da ajiotaj yaradırlar. Bu da ikitərəfli münasibətləri zədələyən hadisələr olur:

““907-ci düzəliş” ABŞ-ın Azərbaycanın münasibətlərində potensialdan istifadə etməyə imkan verməyən amildir. Azərbaycanın ABŞ-la münasibətlərdə etimadın daha da artmasının yollarından biri də məhz bu düzəlişin aradan qaldırılmasıdır.

Biz bilirik ki, ABŞ Konqresində erməni lobbisinin xeyli dərəcədə təsiri var. Ən azı Dövlət Departamenti və Ağ Ev Adminstrasiyası bu istiqamətdə işlər görə bilərlər. Gözləmirik ki, birdən-birə “907-ci düzəliş”in ləğv edilməsi təşəbbüsü müsbət sonlanacaq. Lakin prosesi başlatmaq olar. Bu həm də ermənipərəst dairələrə bir mesaj olardı.

Zaur İbrahimli: ““907-ci düzəliş” artıq arxaik bir məsələdir və indiki reallıqlara da cavab vermir. Həmçinin “907-ci düzəliş” öz praktiki əhəmiyyətini də itirib”.

Eyni zamanda bu, Azərbaycan cəmiyyətinə də müsbət ismarıc olardı ki, Ağ Ev, Dövlət Departamenti və indiki Adminstrasiya Azərbaycanla münasibətlərə əngəl olan maneəni aradan qaldırılmaq üçün xeyli cəhd göstərir. Hər dəfə Azərbaycanla ABŞ arasındakı münasibətlərdə fərqli baxış yarananda müəyyən ermənipərəst qüvvələr “907-ci düzəliş”i dərhal ortaya atırlar. Bunun ətrafında da ajiotaj yaradırlar. Bu da ikitərəfli münasibətləri zədələyən hadisələr olur.

Bu baxımdan, “907-ci düzəliş” artıq arxaik bir məsələdir və indiki reallıqlara da cavab vermir. Həmçinin “907-ci düzəliş” öz praktiki əhəmiyyətini də itirib. Əgər ABŞ Dövlət Departamenti doğrudan da, “907-ci düzəliş” bəyanatında ciddirsə, bu konkret addımlarla müşahidə olunmalıdır.

Bu konkret təşəbbüslər ermənipərəst diasporun, lobbinin müqaviməti ilə üzləşsə belə, bunun özü Azərbaycan cəmiyyəti üçün ciddi bir mesaj olacaq. Bu da ikitərəfli münasibətlərin daha da yaşılaşmasına, etimadın güclənməsinə tövhə verəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Ən çox oxunanalar