Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Aİ və NATO-ya daxil ola bilərmi?

Alen Simonyan deyib ki, Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir...

Politoloq: “Ermənistanın NATO və Aİ-na üzvlüyü təkcə Rusiyadan qopmaqla dərhal reallaşan hadisə deyil”.

“Gürcüstanda baş verən məlum hadisələrdən artıq 14 il keçməsinə baxmayaraq onlar nə Aİ-na, nə də ki NATO-ya üzv qəbul oluna bilmədilər. Ukraynada göz qabağındadır”.

Bu sözləri politoloq Kamran Məmmədli Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın Ermənistanın NATO və Aİ-yə daxil olmaq fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir və buna görə də Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmaq istəyir. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bunu Latviyaya səfəri zamanı müsahibəsində bildirib. “Biz Ermənistanın Avropa İttifaqına doğru getməsindən danışdıq. Və buna görə də o, Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmaq istəyir. Ermənistan da bizə məlumat verdi ki, rus hərbçiləri tədricən ölkəni tərk edirlər”, - deyə Alen Simonyan qeyd edib.

Ümumiyyətlə, Ermənistan Aİ və NATO-ya daxil ola bilərmi və bunun üçün Ermənistana nə qədər zaman tələb oluna bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Aİ və NATO-ya üzvlük prosesləri üçün konkret bir zaman çərçivəsi təyin etmək çətindir. Bu proseslər, siyasi, iqtisadi və hərbi sahələrdə bir sıra mürəkkəb şərtlərin yerinə yetirilməsini tələb edir və adətən uzun müddət alır”.

RusiyaErmənistanın münasibətlərinin kəskinləşməsinin bizim üçün yeni imkan və fürsətlər yarada biləcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hələ də, Zəngəzur dəhlizi və anklavda olan kəndlər problemi həll olunmayıb:

Ermənistanın bu arzusu yeni deyil. Paşinyanın hakimiyyəti gəlməsi ilə Ermənistanın siyasətində Rusiyadan uzaqlaşaraq Qərbə yönəlik addımlar başladıldı. Uzun zamandır Ermənistan istər Vətən müharibəsində, istər də ondan sonrakı dönəmdə yavaş addımlar ilə buna doğru gedir. Ermənistan hakimiyyəti məğlubiyyəti Rusiyanın üzərinə ataraq və Rusiyanı günahlandıraraq, erməni cəmiyyətində rəy formalaşdırılır. Lakin Ermənistanın NATO və Aİ -na üzvlüyü təkcə Rusiyadan qopmaqla dərhal reallaşan hadisə deyil.

Ümumiyyətlə, Aİ və NATO-ya üzvlük prosesləri üçün konkret bir zaman çərçivəsi təyin etmək çətindir. Bu proseslər, siyasi, iqtisadi və hərbi sahələrdə bir sıra mürəkkəb şərtlərin yerinə yetirilməsini tələb edir və adətən uzun müddət alır.

Nümünə olaraq qonşu Gürcüstan və Rusiyanı göstərmək olar. 2008-ci ildən Rusiya ilə əlaqələrin kəskin formada pisləşməsi və Şimali Osetiyanın ilhaqı prosesi, Ukraynda Krımın ilhaqı və Rusiya ilə əlaqələrin düşmənçilik həddinə çatması nəticəsiz qaldı.

Kamran Məmmədli: “Əgər ermənilərin də belə bir xəyalları varsa, bu xəyal olaraq qalacaq”.

Gürcüstanda baş verən məlum hadisələrdən artıq 14 il keçməsinə baxmayaraq onlar nə Aİ-na, nə də ki NATO-ya üzv qəbul oluna bilmədilər. Ukraynada göz qabağındadır.

Bu baxımdan əgər ermənilərin də belə bir xəyalları varsa, bu xəyal olaraq qalacaq. Əksinə Rusiya ilə əlaqələrin kəskinləşməsi bizim xeyrimizə olan amillərdəndi. Zatən bunun nəticəsi olaraq ölkə başçısı doğru xarici siyasət yürüdərək Rusiyanı birinci Qarabağ müharibəsindən fərqli olaraq neytrallaşdıra bildi.

Nəticədə müzəffər ordumuz Qarabağı tamami ilə azad etdi. Bu iki qonşu ölkələrin münasibətlərinin kəskinləşməsi bizim üçün yeni imkan və fürsətlər yarada bilər. Hələ də, Zəngəzur dəhlizi və anklavda olan kəndlər problemi həll olunmayıb. Qısa zamanda bunun da həll olunacağını düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

NATO-da yeni dönəm: Müharibənin kritik anında vəzifəyə gələn Rüttedən nə gözlənilir?..

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Bakıda məktəbdə partlayış - xəsarət alan var - Yenilənib

Ən çox oxunanalar