Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə qaldırılır

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı Qazaxıstanda, xüsusilə paytaxt Astanada, həmçinin Almatı, Karaqandı və Kökşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə çatdırılacağı bildirilib...

APA xəbər verir ki, Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahından verilən yazılı açıqlamada 2-4 iyul tarixlərində ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətinin paytaxt Astanaya gələcəyi bildirilib.

Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanıb.

Açıqlamada, sözügedən şəhərlərdə 2 iyul saat 00.01-dən 4 iyul 23.59-a qədər terror təhlükəsinin orta səviyyə olan “sarı” səviyyəyə qaldırılacağı və müəyyən rayonlarda, ictimai yerlərdə, qatar və avtovağzallarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyətlər qoyulacağı, hava limanlarında və metro obyektlərində patrul xidmətinin gücləndiriləcəyi, hava limanlarında və avtovağzallarda, metropoliten, qatarlarda yoxlama tədbirlərinin gücləndiriləcəyi bildirilib.

İyulun 3-4-də paytaxt Astanada təşkilata hazırda rəhbərlik edən Qazaxıstanın ev sahibliyi ilə ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı keçiriləcək. “ŞƏT+” formatında keçiriləcək sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar