Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya səfiri: Müharibə 2022-ci ilin aprelində İstanbulda başa çata bilərdi...

Donald Tramp dəfələrlə prezident seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibəni bir gündə bitirə biləcəyini bəyan etsə də, Rusiyanın BMT-dəki səfiri Vasil Nebenzia buna nail ola bilməyəcəyini deyir...

Poliqon xəbər verir ki, bu barədə "Apnews" nəşri məlumat yayıb.

Trampın bəyanatını şərh edən Nebenzya jurnalistlərə deyib ki, Ukrayna böhranı bir gündə həll oluna bilməz. Səfir qeyd edib ki, müharibə 2022-ci ilin aprelində, Rusiya və Ukraynanın razılığa çox yaxın olduqları İstanbulda başa çata bilərdi. Eyni zamanda o, Ukraynanın Qərb müttəfiqlərini 2022-ci ilin aprelində bağlanmış sülh sazişinə mane olmaqda və Kiyevə Rusiya ilə mübarizəni davam etdirməyi əmr etməkdə ittiham edib.

Nebenzya Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planına da münasibət bildirib və deyib ki, bu, sülh planı deyil, zarafatdır.

Rusiyanın BMT-dəki səfiri Zelenskinin sülh düsturunu qeyri-məqbul adlandırıb və qeyd edib ki, o, realist olmalı və döyüş meydanındakı vəziyyəti nəzərə almalıdır. Səfir xəbərdarlıq edib ki, Ukrayna üçün yerlərdə vəziyyət nə qədər çətin olarsa, müharibəni diplomatik yolla bitirmək bir o qədər çətin olacaq.

Qeyd edək ki, 2023-cü ilin mayında Tramp ilk dəfə prezident olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyini bəyan etmişdi. Sonradan o, bu iddiasını seçki kampaniyası zamanı da təkrarlayıb.

Co Baydenlə debat zamanı Tramp deyib ki, ABŞ-ın "əsl prezidenti" olsaydı, Putin heç vaxt Ukraynaya hücum etməzdi. Eyni zamanda o, Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı şərtlərinin onun üçün qəbuledilməz olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

NATO-da yeni dönəm: Müharibənin kritik anında vəzifəyə gələn Rüttedən nə gözlənilir?..

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ən çox oxunanalar