Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi

 2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib...

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis İdarəsinin rəis müavinləri və polis idarəsinin şəxsi heyəti iştirak edirdilər.

Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik etdi.

Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 106 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğuladı. Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etdi. Bu gün Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, polis əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışmışdır.

Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibəti ilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilmişlər.

Poliqon.info

 

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Ən çox oxunanalar