Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

İrəvanda “Ermənistan demokratiyası” Forumu baş tutub...

Politiloq: “Rusiyanın “qırmızı xətti” Ermənistanın öz ərazisinə hansısa Qərb əsgərini gətirmək cəhdi olacaq”.

“Görünən odur ki, Qərb Ermənistanı ermənilərin öz silahı ilə vurur. Dünyanın “ilk insanı”, “hər şeyin ermənilərin ixtirası olması”, “ermənilərin xüsusi bir millət” olması kimi “Ermənistan demokratiyası” da Qərbin ermənilərin xəstə təxəyyülündən istifadəsi üçündür”.

Bu sözləri politoloq Azər Qasımov İrəvanda “Ermənistan demokratiyası” Forumunun baş tutmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən İrəvanda “Ermənistan demokratiyası” Forumu baş tutub. Forumda Ermənistan siyasi rəhbərliyi və Qərb diplomatları iştirak edib. Ermənistan siyasi rəhbərliyinn Forumda səsləndirdiyi fikirlər bir daha bu ölkənin Rusiyanın orbitindən qopmaq məqsədində olduğunu ortaya qoyub. Ancaq hamı bilir ki, bu heç də asan məsələ deyil və Ermənistanda balas pozularsa, Rusiyanın Ermənistanı diz çökdürməyə çoxlu iqtisadi və digər alətləri var.

Bəs, Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

Rusiya-Ermənistan münasibətlərinin indiki dövrünü Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ermənistanın Rusiyadan qopması anlayışı məntiqə ziddir. Rusiyasız Ermənistan mövcud ola bilməz”.

Rusiyanın istədiyi an Ermənistanda çevriliş edə biləcəyini düşünən politiloq Poliqon-a bildirib ki, indiki mitinqlərin nəticəsiz olmasına baxmayaraq, Rusiya bu işlə ciddi məşğul olsa, erməni ordusundakı 5-ci kolon Paşinyanı bir gecədə aradan götürəcək:

Ermənistan Qərbin caynağına keçməyə meylli olan kimi Qərb onu şirnikləndirici təkliflərlə öz tərəfinə çəkmək üçün müxtəlif forum, sammit və s. tədbirlərin sayını artıracaq. Buna xoşagələn adlar da qoyacaq “Ermənistan demokratiyası” kimi. Ermənistan nə vaxt demokratik oldu ki, onun demokratiyası da olsun. Paşinyana kimi olan erməni rəhbərləri oğru, terrorçu, insan qatili, soyqırımçı biriləri idi. Onları da Paşinyan qeyri-demokratik yolla küçədən inqilab etməklə qova bildi. İndi də Paşinyan ona qarşı dayananları küçədə yerlərdə sürüməklə məşğuldur. Bunun harasında demokratiya əlamətləri var, bu maraqlıdlr.

Görünən odur ki, Qərb Ermənistanı ermənilərin öz silahı ilə vurur. Dünyanın “ilk insanı”, “hər şeyin ermənilərin ixtirası olması”, “ermənilərin xüsusi bir millət” olması kimi “Ermənistan demokratiyası” da Qərbin ermənilərin xəstə təxəyyülündən istifadəsi üçündür.

Azər Qasımov: “Rusiya sadəcə ondan arxayındır ki, Ermənistan heç yerə gedə bilməz”.

Ermənistanın Rusiyadan qopması anlayışı məntiqə ziddir. Rusiyasız Ermənistan mövcud ola bilməz. Bu, coğrafiyanın reallıqlarına da ziddir. Ermənistan öz ağlı ilə çox şey istəyə bilər. Rusiya istədiyi an Ermənistanı çöktürə bilər. Tək “Metsamor” atom elektrik stansiyasının dayanması buna bəs edər. Rusiya üçün Ermənistanın nə istəməsi önəmli deyil. Rusiya sadəcə ondan arxayındır ki, Ermənistan heç yerə gedə bilməz.

Rusiyanın “qırmızı xətti” Ermənistanın öz ərazisinə hansısa Qərb əsgərini gətirmək cəhdi olacaq. Rusiya əslində Ermənistan rəhbərliyinin hərəkətlərini ciddiyə almır. Hələ pişik siçanla oynayan kimi onunla oynayır. Rusiya istədiyi an Ermənistanda çevriliş edə bilər. İndiki mitinqlərin nəticəsiz olmasına baxmayın. Rusiya bu işlə ciddi məşğul olsa, erməni ordusundakı beşinci kolon Paşinyanı bir gecədə aradan götürəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Ən çox oxunanalar