Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisdə iğtişaşlar baş verib: Saxlanılanlar var – Video

Mitinq iştirakçıları arasında saxlanılanların olduğu bildirilir...

Çərşənbə axşamı Parisdə pensiya islahatına qarşı keçirilən ümummilli tətil zamanı iğtişaşlar baş verib.

Məlumata görə, Port-Royal bulvarı ərazisində “sarı jiletlilər” hərəkatının təşkil etdiyi nümayiş zamanı bir qrup şəxs polisə şüşələr, həmçinin partlayıcı maddələr atmağa başlayıb.

Etirazçılar həmçinin reklam lövhələrini və avtobus dayanacaqlarını sındırıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mitinq iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

Ümumilikdə, çərşənbə axşamı Fransada hazırda parlamentdə müzakirə olunan hökumət layihəsinə qarşı 260-dan çox nümayiş keçirilir. Qanun layihəsi 2030-cu ilə qədər pensiya yaşını 62-dən 64-ə qaldırmağı, həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur..

Poliqon.info


Etiket: Paris iğtişaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar