Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ermənistandakı səfiri “Zəngəzur dəhlizi” olmayacaq deyir...

Səfir Abbas Bədəxşan Zühuri bildirib ki, İran və Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasına imkan verməyəcək...

Millət vəkili: “İranın Ermənistandakı səfirinin “Zəngəzur dəhlizi” ilə bağlı açıqlaması başı pozuq adamın açıqlamasına bənzəyir”.

İranErmənistanın birləşməsi Yerəvanın daha da zəifləməsi deməkdir”.

Bu sözləri millət vəkili Fazil Mustafa İranın Ermənistandakı səfirinin “Zəngəzur dəhlizi” açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri dünən bildirib ki, İranErmənistan “Zəngəzur dəhlizi”nin açılmasına imkan verməyəcək. Bir səfirin bu şəkildə bəyanat verməsini necə dəyərləndirmək olar və doğrudanmı Tehran və İrəvan “Zəngəzur dəhlizi”nin açılmasını imkansız hala gətirə biləcək gücə sahbdirlər?

Tehran və Yerəvanın get-gedə daha da yaxınlaşmasını Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “İranla bir yerdə olan Ermənistan artıq tərəqqi deyilən bir hədəfə doğru heç vaxt gedə bilməyəcək”.

Bu gün Ermənistanın İran kinliyinə qayıtmaqla,və fars şovinizminə sığınmasıyla, əslində özü üçün böyük faciələrə yol açdığını düşünən millət vəkili Poliqona açıqlamasında vurğulayıb ki, bu kinliliyin nə qədər anormal, nə qədər gerilikçi və tərəqqidən uzaq olduğunu biz yaxşı bilirik:

İranın Ermənistandakı səfirinin “Zəngəzur dəhlizi” ilə bağlı açıqlaması başı pozuq adamın açıqlamasına bənzəyir. Səfir öz ölkəsindən belə təlimat alıb. Amma Ermənistan da həmişə deyirdi ki, Qarabağı heç vaxt Azərbaycana verməyəcəyik və Qarabağ hansısa bir şəkildə Azərbaycandan qoparılacaq. Ancaq zaman göstərdi ki, deməklə məsələ həll olunmur. Məsələlər Azərbaycan xalqının və dövlətinin iradəsi ilə həll olunur. Bölgədə Azərbaycanın iradəsinə heç bir qüvvə mane ola bilməz.

Əslində belə açıqlamaların verilməsi Ermənistanın özünə ziyandır. Çünki Ermənistanın təcrid olunması, İrandan asılı olması Yerəvan üçün faciəyə doğuru yenidən getmək deməkdir. Buna görə də yəqin ki, bir gün Ermənistandakılar ağıllarını başlarına yığıb görəcəklər ki, Azərbaycan 195 il bu öncə İrandan ayrılmaqla normal, insan kimi yaşayışa qədəm qoyub. Əgər biz onlardan ayrılandan sonra normal, insani yaşamı tapmışıqsa, İranlı kinliyindən xilas olmuşuqsa, bu gün Ermənistan İran kinliyinə qayıtmaqla, onlarla birləşməklə, əslində özü üçün böyük faciələrə yol açır. Çünki bu kinliyin nə qədər anormal, nə qədər gerilikçi və tərəqqidən uzaq olduğunu biz yaxşı bilirik.

Əslində, İranErmənistanın birləşməsi Yerəvanın daha da zəifləməsi deməkdir. Bu da bizim işimizə yarışır. Çünki bu gerizəkalılarla bir yerdə olan Ermənistan artıq tərəqqi deyilən bir hədəfə doğru heç vaxt gedə bilməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Ən çox oxunanalar