Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin son zaman videolarda niyə pis görünür? - Yəhudi strateq bunun sirrini açdı…

Əvvəllər Kreml rəhbərinin iştirakı ilə keçirilən tədbirlər Birinci Kanalın peşəkar operatorları tərəfindən lentə alınırdı, indi isə…

Ukraynada yaşayan israilli siyasi texnoloq Mixail Şeytelman son vaxtlar Vladimir Putinin iştirakı ilə keçirilən tədbirlərdən yayımlanan videolarda Rusiya prezidentinin niyə pis və bəzən də xəstəhal güörüntülənməsinin sirrini izah edib.

PİA.az xəbər verir ki, Şeytelman bu barədə məşhur Ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibəsində danışıb.

Belə ki, Qordon nəşri yazır ki, siyasi strateqin fikrincə, bu onunla bağlıdır ki, təhlükəsizlik tədbirləri ilə bağlı peşəkar operatorları artıq Putinin iştirak etdiyi tədbirlərə dəvət etmirlər. Prezidentin bütün görüş və tədbirləri, Putinin ətrafında baş verən bütün hadisələr Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçıları tərəfindən lentə alınır.

Şeytelman deyib ki, ilk dəfə 2022-ci il fevralın 21-də, Putinin “DXR və LXR-in” tanınması ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəndə, yəni Ukraynaya genişmiqyaslı işğal başlatmazdan bir neçə gün əvvəl Rusiya prezidentinin həmişəki kimi görünmədiyinin fərqinə varıb.

“O zaman mən orada, əvvəllər tanıdığımı yox, başqa bir Putin gördüm. Onun necə göründüyünü, necə çəkildiyini bilirdim. Aydındır ki, Birinci kanalın peşəkar operatorlarının Putini necə çəkməklə öz brend üslubları var. Onu hansı rakursdan çəkməri, arxadan necə görüntüləməyi onlar yaxşı bilirlər. Amma 21 fevral görüntülərinə diqqətlə baxsanız, görəcəksiniz ki, qarşınızda başqa bir insan var idi. Qarşınızdakı qırmızı sifətli, qırmızı damarlı bir üz idi və onun titrəyən əllər var idi. Fiziki olaraq, onun əlinin titrədiyi açıqca görünütdü. Əvvəllər heç vaxt Putinin sifətində qırmızı damarlar göstərməmişdilər. Və daha çox, bəzi xırda şeylər də var idi…”- deyə Şeytelman bildirib.

Ukraynalı yəhudi siyasi texnoloq bildirib ki, fevralın 21-də Təhlükəsizlik Şurasının iclasından Putinlə videogörüntüləri görəndən sonra Rusiyadakı tanışları, Kreml Administrasiyadakı müəyyən şəxslərlə danışıb və bunun səbəbini soruşub. Onlar isə bildiriblər ki, Rusiya prezidentinə artıq uzun müddətdir heç kimlə, o cümlədən jurnalistlərlə təmas saxlamağa icazə verilmir.

“... Zəng edib soruşmağa ki, “Putinə nə olub? Ölür? Nə olub ona?”. Onlar mənə həqiqəti dedilər. Bildirdilər ki, Putin COVID-19 səbəbilə bütün bu müddət ərzində özünü təcrid vəziyyətində saxlayıb. Sonra yalnız müəyyən protokoldan keçən şəxslərə onunla görüşə icazə verildi və il yarım ərzində daimi qulluqçular onun qulluğunda dururdular. Mənə dedilər ki, “onun videolrını əvvəllər Birinci Kanalın operatorları, bunun hər cür xüsusi təlim keçmiş adamlar çəkirdi. Onların mütəxəssis olaraq işlərinə söz ola bilməzdi. İndi isə bu çəlişləri FTX əməkdaşları həyata keçirir. Çünki təhlükəsizlik baxımından kənardan heç kimin Putinlə kontaktına icazə verilmir”, deyə Şeytelman Qordona müsahibəsində deyib.

O, əlavə edib ki, FTX zabitlərinə mümkün qədər dəqiq çəkilş aparmağı öyrədirlər. Buna görə də ortada olan fərqli Putin ortaya çıxıb

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Ən çox oxunanalar