Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib

82 yaşlı keçmiş monarx kəskin insult keçirib və 7 gün ərzində ona paytaxtdakı İgia xəstəxanasında reanimasiyada olub…

PİA.az xəbər verir ki, Yunanıstanın Newsbomb xəbər portalının məlumatına görə, Yunanıstanın keçmiş kralı II Konstantin Afinada vəfat edib. İnsult keçirən monarx ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Kralın son günlərində xəstəxanada onun yanında həyat yoldaşı danimarkalı Anna-Mariya, uşaqları və bacısı olub.

II Konstantin keçmişdə daha bir insult keçirib və 2021-ci ilin dekabrında keçmiş monarx COVID-19 infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilib və ona pnevmoniya və ağciyər ödemi diaqnozu qoyulub. Son illər Kontantinin hərəkətində də problemlər olub və əlil arabasına edib.

II Konstantin 1940-cı il iyunun 2-də Afinada anadan olub, Yunanıstanın sonuncu kralı və hakimiyyətdə olan son pravoslav monarxıdır. 1967-ci ildə “qara polkovniklərin” faşist tərəfdarı olan xunta hakimiyyətə gəldikdən sonra Konstantin radio vasitəsilə xalqı üsyana çağıraraq onlara qarşı çıxmağa cəhd edib. Lakin o, xalqdan dəstək almamış, ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Uzun illər boyu Romada yaşayıb.

1973-cü ildə referendumdan sonra Yunanıstanda monarxiya ləğv edildi və respublika elan edildi. Hərbi diktatura devrildikdən sonra demokratik hökumət ikinci referendum keçirdi və bu referendum xalqın monarxiyanı bərpa etməmək iradəsini bir daha yenilədi.

Konstantin heç vaxt bu referendumları tanımayı və heç vaxt rəsmi olaraq taxtdan imtina etməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay