Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı yönələn Hindistan-Ermənistan hərbi əməkdaşlığı...

Hindistandan Ermənistana “S-30” təyyarələrini istifadə edə bilmək üçün yardım edəcək...

Hərbi-ekspert: “Əgər Ermənistan “S-30” ları qaldırsa, onları vurmaq bizim imkanlarımız daxilindədir”.

“Hindistanın Yeravana “S-30” dəstəyi Ermənistana heç bir imkanlar yarada bilməz”.

Bu sözləri hərbi-ekspert Telman Qasımov Hindistanın Ermənistana “S-30” dəstəyini PİA.az-a şərh edərkən qeyd edib.

Hindistan Ermənistana “S-30” təyyarələrini istifadə edə bilmək üçün yardım göstərməyə hazırlaşır. Belə ki, Hindistanın “İndian Defence Research Wing” portalında yayımlanan “Ermənistan öz S-30 SM-ləri üçün Hindistanın təcrübəsindən istifadə etməyə maraqlıdır” (Armenia keen on India’s expertise for its SU-30 SM fleet) adlı məqalə yazılıb. Məqalədə qeyd edilir ki, 2020-ci ildə Rusiyadan alınan Su-30 SM döyüş təyyarələri İkinci Qarabağ müharibəsində istifadə edilmədi. Azərbaycanın “Su-25” təyyarələri və “Bayraqdar TB 2” PUA-ları bu çatışmazlığa görə Ermənistanın HHM obyektlərinə və Quru Qoşunlarına ağır zərbələr endirə bildi.

Bilirik ki, 2020-ci ildə Rusiyadan alınan Su-30 SM döyüş təyyarələri İkinci Qarabağ müharibəsində istifadə edilməyib. Bəs Hindistanın “S-30” dəstəyi Ermənistana hansı imkanlar yarada bilər?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Telman Qasımov ilə müzakirə edib.

Telman Qasımov: “Hindistanın “S-30” təyyarələri köhnə təyyarələrdir və onların artıq heç bir effektivliyi yoxdur”.

Yerəvanın guya Azərbaycan ordusunun qarşı silahlanma və ordularını yeni silahlarla təmin etmə təəssüratı yaratmaq istədiyini vurğulayan ekspert PİA.az-a açıqlamasınd qeyd edib ki, bunların hamısı Ermənistanın təbliğat ünsüründən başqa bir şey deyil:

“Hindistanın Yeravana “Su-30” dəstəyi Ermənistana heç bir imkanlar yarada bilməz. Bunların hamısı reklam xarakterli məlumatlardır. Yəni Ermənistan özünə xal qazanmaq üçün ortalığa belə konsepsiyalar atır. Hindistanın “S-30” təyyarələri köhnə təyyarələrdir və onların artıq heç bir effektivliyi yoxdur. Azərbaycanın “S-30” təyyarələrindən sonra çıxan təyyarələri və qırıcıları var. Əgər Ermənistan “S-30” ları qaldırsa, onları vurmaq bizim imkanlarımız daxilindədir.

Ermənistan tərəfindən ortalığa atılan bu cür fikirlərə çox da inanmaq lazım deyil. Ermənistanın başqa ölkələrdən aldığı silahlar nə aparılan döyüşlərdə istifadə olunur, nə də tanınır. Bu baxımdan Ermənistanın yeganə yolu informasiya müharibəsinin aparılmasına qalıb. Yerəvan elə təəssürat yaradır ki, guya Azərbaycan ordusunun qarşı silahlanırlar və ordularını yeni silahlarla təmin edirlər. Bunların hamısı Ermənistanın təbliğat ünsüründən başqa bir şey deyil və bu təbliğat daha çox daxili auditooriyaya hesablanıb.

Amma əslində Ermənistan ordusunun daxilində baş verən çətin vəziyyətdən mənim məlumatım var. Ermənistan ordusu olduqca ağır bir vəziyyətdədir. Erməni əsgərləri isti paltarları və qidaları evlərindən istəyirlər. Hətta erməni ekspertləri də bu vəziyyətdən narahatdırlar və narahatlıqlarını da dilə gətirirlər. Onlar dövləti ordunu təmin etməyə çağırırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay