Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fizika İnstitutunda baba-nəvənin “OTKAD" bazarı

Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib...

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun keçirdiyi tenderlərdə maxinasiya halları baş verir.

AzFakt.com xəbər verir ki, İnstitutda bu işləri satınalma komissiyasının sədri Xanlar Xanlarov həyata keçirir. Xanlar Xanlarov həm də Fizika İnstititunun baş iqtisadçısıdır.

Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib.

Kimliyi, mənbəyi bilinməyən, 5 manatlıq MMC-lər institutun fərqli sahələr üzrə keçirdiyi tenderlərdə "qalib" olurlar.

Xanlar Xanlarova bu cür "gecəqondu" MMC-ləri tapıb gətirən isə Rəhman adlı nəvəsinin olduğu iddia edilir.

"Otkad" MMC-lərin "ovçusu" olan Rəhmanın Fizika İnstitutuna gətirdiyi son təşkilatlardan biri "Zəfər 052" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN- 1007513961) olub.

"Zəfər 052" MMC 2022-ci ilin mart ayında qeydiyyata alınıb. MMC-nin rəhbəri Əliyev Cavad Həmdulla oğludur.

Mart ayından bu günədək Fizika İnstitutu ilə "Zəfər 052" MMC-nin arasında 4 satınalma "müqaviləsi" bağlanıb.

Bu müqavilələrin ümumi məbləği 82.771 manat olub.

Əldə etdiyimiz məlumata görə bu tenderlər formal olaraq keçirilib.

Burada əsas məqsəd müqavilədə göstərilən pulları silmək olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Orxan İsmayılzadənin ekspertizadan keçirilməsi barədə qərarı verildi

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Ən çox oxunanalar