Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft Fondunun keçirdiyi tenderi Talıbovun ailə üzvlərinə bağlı şirkət uddu

Dövlət Neft Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub...

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC (VÖEN- 0200631761) olub.

Qalib şirkət Neft Fonduna 13 min 750 manat dəyərində təbii mineral içməli su satacaq.

Məlumat üçün qeyd edək ki, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC “Gəmiqaya Holdinq” olaraq bilinən şirkətlər qrupuna daxildir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şahbuz rayonunda yerləşən Badamlı kəndi ərazisidən çıxan eyni adlı mineral suyun istehsalı və satışı ilə də məşğuldur.

Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bugünə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
“Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlərdən birinə – “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə AMEA-nın prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.

pia.az 


Etiket: Tender


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay