Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq İranın Rusiyaya hərbi dəstəyindən danışıb

“Rusiya tez-tez başqalarını özünün etdiyi əməllərdə ittiham edir”...

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, Rusiya Ukraynanı öz ərazisində radioloji “çirkli bomba” istifadə etməsi barədə iddia ilə üz-üzə qoyub.

NATO müttəfiqləri bu açıq-aşkar yalan iddianı rədd edir. Rusiya tez-tez başqalarını özünün etdiyi əməllərdə ittiham edir. Biz bu nümunələri Suriyada, Ukraynada görmüşük”,- deyə Stoltenberq bildirib.

NATO Baş katibi deyib ki, Rusiya gərginliyin daha da artmaması üçün saxta bəhanələrdən çəkinməlidir:

“Dünya bunu diqqətlə izləyir”.

Stoltenberq İranın Rusiyaya hərbi dəstəyinə də toxunub.

“Son günlər İranın Rusiyanı müharibədə dəstəklədiyini görmüşük. Bu qəbuledilməzdir. Heç bir ölkə qanunsuz müharibədə təcavüzkara kömək etməməlidir. Ona görə də mən müttəfiqlərin və Avropa İttifaqının Tehrana qarşı güclü sanksiyalar tətbiq etməsini alqışlayıram”, - deyə NATO Baş katibi vurğulayıb.

Stoltenberq əlavə edib ki, NATO Ukraynadakı müharibədə iştirakçı tərəf deyil.

“Biz nə qədər lazımdırsa o qədər də Ukraynanın fundamental özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyik”, - deyə alyans rəhbəri bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar