Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin hərbçini gözləyən toy... - Video

Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır...

“Asim gələn kimi onu evləndirəcəyəm”.

Bu sözləri “Qafqazinfo” saytına reportajında Vətən müharibəsinin itkin hərbçisi Asim Mehdiyevin anası Gültəkin Mehdiyeva deyib.

PİA.az sözügedən reportajı təqdim edir:

“Deyəcəm ki, öz seçdiyi qızla ailə həyatı qursun, mən qarışmayacağam”.

Bunu deyəndən sonra, Gültəkin ananın üzündə təbəssüm yaranır, gülümsəməyə başlayır. Halbuki bir neçə dəqiqə əvvəl göz yaşları dayanmırdı, amma az sonra gülür. Özünü toparlayır, heç nə olmamış kimi...

Bir neçə dəqiqə ərzində anlayırsan ki, Asim Gültəkin ananın həm sevinci, həm də kədəridir.

Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır. İki ildir örtülməyən darvazanın açıq qalmasının tarixi 2020-ci ilin noyabrın 7-nə, MAXE Asim Mehdiyevin Vətən müharibəsində itkin düşdüyü günə təsadüf edir. Ailənin övladı 44 günlük döyüşlər nəticəsində itkin düşmüş 6 hərbçimizdən biridir.

Həm də evin tək oğlu, üç bacının bir qardaşı, ailənin 2001-ci il təvəllüdlü sonbeşiyi...

Deyir, mən yuxuda da görmüşəm, anayam, ona süd vermişəm, hiss edirəm, düzdür, ayağında yarası var, amma gələcək.

Anası deyir, kişi üçün evlənmək yaşı 25 yaxşıdır. Düzdür, Asimin 21 yaşı var, amma gələn kimi evləndirəcəyəm.

Reportaj yekunlaşır, Bakıya qayıtmağa hazırlaşanda Gültəkin ana özünəinamın möhürünü vurur:

- Asim gələndə, siz yenə çəkilişə gələrsiniz...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya ilə müharibəyə hazırlıq: Avropa dövlətləri hərbi xidmətə məcburi çağırışa keçir

Rusiya Ukraynada bütün enerji potensialının 70 faizini məhv edib

Fərrux Zakirova “Xalq artisti” fəxri adı verilib

Ən çox oxunanalar