Prezident Co Baydenin ABŞ seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləməsinin səbəbi prezident seçkiləri üçün toplanan vəsaiti itirməmək istəyi ilə bağlıdır...
Poliqon xəbər verir ki, bunu ABŞ Konqresinə Respublikaçılar Partiyasının namizədi Ketlin Uin deyib.
"Eşitdim ki, bu, daha çox maliyyə məsələsidir. Onlar seçki kampaniyası üçün milyonlarla dollar toplayıblar, ona görə də Harrisin adı səsvermə bülletenində qalmalıdır", deyə Uin bildirib.
Eyni zamanda, o, Bayden ilə birliyin Harrisin seçilmək şansını azaldacağını qeyd edib.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Hazırkı prezident, 81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb.
Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.
İyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə zamanı Trampa qarşı sui-qəsd cəhdi olub. Trampın qulağına atəş açılıb. Sui-qəsddən sonra keçmiş ABŞ prezidenti Butler Memorial Xəstəxanasına aparılıb.
Poliqon.info