Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni təxribatı nəticəsində yaralanan mülki şəxs: "Yaxınlığımıza top mərmisi düşdü”

“Kəlbəcər rayonunun Dəmirçidamı kəndi ərazisində yaxınlığımıza top mərmisi düşdü”...

Bunu “Report”a açıqlamasında sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan tərəfinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcərdə yaralanan mülki şəxs Asim Musayev deyib.

O bildirib ki, hadisə zamanı ərazidə heyvandarlıqla məşğul olub: "Bir anlıq elə bildim ki, ayağım qopdu. Orada tək deyildim, həmyerlim Arzuman Orucovla birlikdə idim. Həmin vaxt Arzuman isə topuğundan qəlpə yarası aldı. O, mənə ilkin tibbi yardım göstərdi. Daha sonra məni hospitala gətirdilər”.

“Daha əvvəl döyüşlərdə qardaşlarım şəhid olub. Mən özüm isə əliləm. Biz heç nədən qorxmuruq, çünki güclü ordumuz var. Allah ordumuzu, Vətənimizi qorusun”, o vurğulayıb.

Gəncə Beynəlxalq Xəstəxanasının Təcili Yardım Şöbəsinin həkimi Ruslan Əzizov “Report”a açıqlamasında deyib ki, sentyabrın 13-də Ermənistan tərəfinin təxribatı zamanı zərərçəkmiş - Azərbaycan vətəndaşı Asim Musayev sol bud nahiyəsinin qəlpə yaralanması ilə müraciət edib:

“Aparılan ilkin müayinələrdən sonra sol aşağı ətrafın qan dövranın kəskin pozlması və sinir toxmasının zədələnməsi aşkar olunub. Hazırda aidiyyəti mütəxəssislər tərəfindən xəstənin əməliyyat öncəsi hazırlığı görülür. Asim Musayevin qısa müddətdə sağlığına qovuşması üçün xəstəxana tərəfindən o, əməliyyata alınacaqdır. Vəziyyəti orta ağır qiymətləndirilir".


Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, LaçınZəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.

pia.az 


Etiket: Yaralı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay