Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə İsa Qəmbərə təyin edilmiş 180 manat pensiya ilə bağlı qərar verdi

Məhkəmə prosesi keçirilib...

Sentyabrın 12-si Bakı İnzibati Məhkəməsində İsa Qəmbərin şikayəti üzrə proses keçirilib.

PİA.az-ın xəbərinə görə, vəkil Nemət Kərimli deyib ki, şikayət ərizəsində İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilmiş, bildirilmişdi ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür: “Məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etməyi, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulmasını istəmişdik. Təəssüf ki, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr iclasında istəyimiz reallaşmadı, Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsmək qərarı haqlı sayıldı. Biz bununla barışmırıq və Bakı Apellyasiya Məhkəməsinə üz tutacağıq”.

Parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80 faizi 2840 manat edir.

Mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.

İsa Qəmbər pensiya yaşına – 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

İsa Qəmbər 1992-2014-cü illərdə Müsavatın başqanı olub, hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir. (Novator)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay