Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmaz Əlilicanzadə: "Ermənilərin əsrlər boyu vurduqları yaralar yaddan çıxsa da, axırıncı yara heç vaxt yaddan çıxmaz"

“Əlibaba Məmmədovun bir sözü var idi – “Muğam Festivalında 8 nəfər “10” deyəndən sonra mənim “2” verməyimin heç bir mənası yoxdur”. Yəni “on” da yazsam, eyni şey olacaq, “iki” də. İndi mənim də danışmağımın nə mənası var? Şəxsən ermənilərlə barışmıram, barışmayacağam. Mənə pislikləri dəyməyib, amma xalqıma vurulan zərbə mənə vurulan zərbəyə bərabərdir. Əsrlər boyu vurduqları yaralar yaddan çıxsa da, axırıncı yara heç vaxt yaddan çıxmaz. Barışmayacağam. Xalq özü bilər. Xalqın yerinə danışmağa ixtiyarım yoxdur. Erməni ilə nə bir süfrədə oturaram, nə çörək yeyərəm, nə də çay içərəm. Bu, mənim şəxsi ,subyektiv fikrimdir. Xalqın dilindən bunu deyə bilmərəm. Sabah desinlər ki, “gəl, ermənilərin ziyalıları gəlib”, deyəcəyəm mənə lazım deyil, görüşmərəm. Hərçənd çağıran da olmayacaq...”

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist, tanınmış şoumen Qorxmaz Əlilicanzadə deyib.

O bildirib ki, ermənilər heç vaxt öz hiyləgərliklərindən əl çəkən deyillər: “İlanın işi sancmaqdır. İlanla ya bir yerdə yaşa, ya özündən uzaqlaşdır. Fərqi yoxdur, ilan elə ilandır. Ermənilər öz işlərini ömür boyu görüblər, görürlər, görəcəklər. Lap mənimlə barışsalar, oturub çay içsələr də... Maştağalıların bir sözü var, “barışıram, amma ürəyimdəki ürəyimdədir”. Yəni kinim, nifrətim içimdədir. Bunlar da belədir, kinləri, nifrətləri içlərindədir. Cənab Prezident İlham Əliyev bu addımı atmalıdır. Dünyaya öz sülhsevərliyimizi göstərməliyik, amma onlar göstərmirlər. İlham Əliyev nə qədər “sülh, sülh” deyir, erməni bir dəfə olsun demir ki, sülh istəyirəm. Ancaq bizim Prezidentimiz deyir. Humanist xalqıq, sivil millətik. Sakitlik, xalqımızın firavanlığı xatirinə sülhə gedirik. Amma ermənilər bunu etmirlər. Onların bizimlə bir yerdə yaşamaları mümkün deyil”.

Əməkdar artist bildirib ki, şərait yarandığı təqdirdə İrəvana da gedəcək: “Niyə getməyim? Allah qismət etsin, gedəcəyəm. Amma gərək şərait olsun. Güllə qabağına gedə bilmərik. Dəfələrlə qastrol səfərlərində olmuşam. 1980-ci ildən sonra hər iki ildən bir Ermənistana qastrollara gedirdik. Sara Qədimova, Əlibaba Məmmədov, “Lalə” qızlar ansamblı, İlhamə Quliyeva ilə getmişəm, orda konsertlər vermişik. Elə vaxt olub Ermənistana getmişik, elə vaxt olub İrəvana gedib qayıtmışıq. Bu yaxınlarda görürəm ki, yazıblar “armyanskiy muğam festival”. Azərbaycandan bir adam qalxıb demir ki, “armyanskiy muğam festival” necə ola bilər? Mədəniyyət Nazirliyi bunun qarşısını almalıdır. “Erməni muğamı” nə deməkdir? Belə bir şey ola bilər? Əlbəttə, yox! Təsəvvür edin ki, “armyanskiy əncir”, “armyanskiy şaftalı”, lap buna bənzəyir. Əncir necə “armyanskiy” ola bilər? Olmaz axı. Hər şeyə erməni adı qoyurlar. Həyasız millətdir. Bizim bunlara çatmağımız mümkün deyil. Prezidentimiz sağ olsun ki, öz təmkinliliyi ilə sinə gərir. Çox gözəl siyasətlə onları otuzdurur yerlərində. Deputat Qənirə Paşayeva da bunlarla yaxşı bacarır, xoşuma gəlir, Allah can sağlığı versin. Yaxşı danışanlarımız var...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Orxan İsmayılzadənin ekspertizadan keçirilməsi barədə qərarı verildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay