Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblı: "Ömür kimi bəxtəvərəm..."

***
( Emil Rasimoğluna)

...yaşasın qələmin, şair,
yükü söz olan qələmin!
...şəhdi-şəkər mürəkkəbi
haqdan süzülən qələmin!

Şair, dünya çəmənlikdi
hər söz bir şeh örtüyündə.
Sən də yaşa qələminnən,
yaşa cəllad kötüyündə!

Qabaqda illərin durur-
hələ yüz, hələ min, şair!
...yaşa cəllad kötüyündə,
yaşasın qələmin, şair!


Kərəm dastanı...

Ay ürək, ağlımın yandığı yersən...
Bəxtəvər başıma mənim, ay ürək!
Elə Əsli- deyib haray çəkirəm...
Kərəmin günüdü günüm, ay ürək!

Elə yandırırsan məni, ay ürək,
elə köz basırsan dilimin üstə.
Neçə yol alışıb kül olmuşam mən!
...külümü yığıram külümün üstə.

Məni yandırırsan odsuz-ocaqsız...
Odsuzdu gözünü oda dikənlər!
...dünya yaranandan Qara keşiş var;
bitib aramızda qara tikanlar!

...Lələ gədiklərdə düşüb borana,
sənin Ərzurumda üzün açılmır.
...düymələr açılmır səhərə qədər,
tərslikdən səhərin gözü açılmır.

Məni yandırırsan odsuz-ocaqsız...
Kərəmin günüdü günüm, ay ürək!


***
...mən də belə yaşayıram,
bax...beləcə bax, əzizim!
Tamam dərdəm...ona görə
görünürəm çox, əzizim!

...bir daşam, çox daş deyiləm,
özümlə çağdaş deyiləm!
...mən hardan çıxdaş deyiləm,
lap ordan da çıx, əzizim!

...yoluxmasın bəxtə vərəm!
...bu fırlanan bəxtə vələm!
...ömür kimi bəxtəvərəm,
tale kimi yox, əzizim!

Axsaq sonet..

Vallah, şer nə ceyrandı, nə cüyürdü...
Vallah, bir də ceyran gəlməz cüyür gəlməz!
...şer gəzən yaylaqların dadı özgə!
Hər şairin yaylağına şer gəlməz...


...hürkəkdilər, bir də gördün hürküşdülər!
...şər deməsən xeyir gəlməz, şah sağ olsun!
...ilham qatıb qabağına gətirməsə
öz-özünə şer gəlməz, şah sağ olsun!

...yaylaq deyil, bir gəzməli seyrangahdı!
...yaylaqlara bir də şer gələcəkmi?
...gələcəkmi? Onu bilən bir Allahdı!

...yaylaqlarda qaldı mənim yaylaq şerim!
...əl elədi mənə gendən yaylıq şerim!
Ümidimin yaylığını yel apardı...

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Ən çox oxunanalar