Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazinin polis şöbəsinin qarşısında özünü yandırması ilə bağlı DİN-dən açıqlama - Foto

I və II Qarabağ müharibəsinin iştirakçısı Yunis Məmmədovun Ağcabədi rayon polis şöbəsinin qarşısında özünü yandırması barədə xəbərlər yayılıb.

PİA.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qazinin şikayətlərinə baxılmaması səbəbilə bu cür addım atdığı qeyd olunur. Bildirilib ki, Rafiq İsmayılov adlı şəxs ona ömürlük pensiya düzəltdirmək vədi ilə 4.500 manatını alaraq aldadıb.

Yunis Məmmədov ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin bir müddət sonra şikayətinə baxılmadığını əsas göstərərək Ağcəbədi RPŞ-in qarşısında özünü yandırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi rayon sakini Yunis Məmmədovun dələduzluğa məruz qalması ilə bağlı şikayəti iyun ayının 29-da rayon prokurorluğundan rayon polis şöbəsinə göndərilib:

“Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb. Y.Məmmədov izahatında 2021-ci ilin avqust ayında rayon sakini Rafiq İsmayılovun əlillik təqaüdü düzəldəcəyi vədi ilə ondan 2500 manat pul alaraq mənimsədiyini bildirib. İstintaq tədbirləri ilə Y.Məmmədova dəymiş maddi ziyanın bir qismi ödətdirilmiş, qalan hissəsinin qaytarılması üçün qarşı tərəf möhlət istəyib. Buna baxmayaraq iyulun 6-da Y.Məmmədov R.İsmayılovun pulun qalan qismini qaytarmaması ilə əlaqədar şəhərin Ü.Hacıbəyov küçəsində özünü yandırmağa cəhd edib. Cəhdin qarşısı alınıb, əl və ayaq nahiyələrindən yüngül xəsarət almış Y.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Ona dəymiş maddi ziyanın tam ödətdirilməsi üçün müvafiq tədbirlər görülür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay