Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "LGBT üzvlərinə heç bir iş verilməməli, cəmiyyətdən təcrid edilib, tərbiyə olunmalıdırlar"

“Cinsi azlığın nümayəndələri həm azərbaycanlılıqdan, həm müsəlmalılıqdan uzaqdılar. Nə bizim milli-mənəvi dəyərlərimiz, nə də müqəddəs kitabımız belə şeylərə icazə verir. Bu, mümkün də deyil, bəşəriyyət üçün faciədir. Əgər insanlar qadın və kişi olaraq yaranıblarsa, dünyaya övlad gətirməli, onu tərbiyə etməlidirlər. İnsanlar övladlarının bəhrəsini görməli, mənəvi zövq almalıdırlar həyatdan, yoxsa eynicinsli adamların bir-birilə ailə qurması bəşəriyyəti uçuruma aparan bir məsələdir. Belə insanlar psixoloji cəhətdən sarsıntı keçirmiş, özlərində olmayan insanlardır. Heç vaxt arzulamazdım ki, azərbaycanlılar belə fikirlərə sahib olsunlar. Həqiqətən də belə şeyləri eşidəndə haldan-hala düşürəm, çox pis oluram ki, necə olar bilər ki, bizim çox mütərəqqi adət-ənənənlərimiz, ailə dəyərlərimiz, qadına-qıza, ağsaqqala-ağbirçəyə hörmətimiz ola-ola belə məsələlər gündəmə gəlir. Utanmadan deyirlər ki, “mən hansısa böyük vəzifədə işləməliyəm, kiməsə rəhbərlik etməliyəm, kiməsə tapşırıq verməliyəm”. Hansı mənəvi haqla bunlar vəzifəyə gələ bilərlər? Hansı mənəvi haqla bunlar ailədən, uşaqdan, övlad qayğısından danışa bilərlər?"

Bunu Pravda.az-a açıqlamasında deputat Tahir Rzayev LGBT nümayəndələrinin cəmiyyətdəki rolundan danışarkən deyib.

"Dünyada ən böyük hissiyyat övlada olan sevgi, anaya, ataya torpağa olan məhəbbətdir. Əgər bunlar dünyaya övlad gətirmək, qayğısına qalmaq, böyütmək, cəmiyyət üçün yararlı bir adama çevirmək haqqında fikirləşmirlərsə və bunu edə bilmirlərsə, deməli, bütün hisslərdən uzaq adamlardır. Buna görə də onları yaxına buraxmaq olmaz. Birincisi, belələri varsa, fərdi qaydada tərbiyələnməli və düzgün yol göstərilməlidir. Ümumiyyətlə, valideynləri bunlar haqqında nə fikirləşirlər? Onlar günahkardırlar ki, övladları belə bir yollara düşürlər, yad təsirlərə uyurlar, eybəcər hisslərlə yaşayırlar. Buna görə də valideynlər müəyyən mənada məsuliyyət daşımalıdırlar. Mitinqlər keçirirlər ki, "azadlığımız təmin olunmalıdır, bizə müəyyən səlahiyyətlər verilməlidir". Nəyə görə, kimsən axı sən? Əgər sən bir kişi, bir qadın kimi bu hisslərdən uzaqsansa, nəyi etibar etmək olar? Belə hallara çox pis baxıram. Bəzi ağsaqqllar, ağbirçəklər var ki, belə şeyləri eşitdikdə, elə bil, dəli olurlar. Sən boş-boş məsələlərə baş qoş, bununla da meydanlara çıx ki, “mən işlə təmin olunum”. Hesab edirəm ki, bunlara heç bir iş verilməməlidir. Onlar müəyyən qaydada cəmiyyətdən təcrid olunub, tərbiyə olunmalıdırlar. Bizim müsəlman olmağımız, babalarımızın bizə miras qoyduğu adət-ənənələrimiz geniş şəkildə izah edilməlidir. Tərbiyədə isə vəzifəni dövlətin üzərinə qoymaq olmaz, birinci növbədə valideynlər, ikinci növbədə qohumları, təhsil müəsissələri müəyyən məsuliyyət daşımalıdır. Ümumiyyətlə, niyə vaxtında bunların qarşısı alınmayıb? Niyə bunlar vaxtında aşkar olunmayıb? Hamısı yad təsirlədir. Bəzi gənclərimiz gedirlər xarici ölkələrə oxumağa və orada elm, savad öyrənmək, mütərəqqi duyğuları yaşatmaq əvəzinə axmaq, eybəcər, insana yad olan meyilləri gətirilər Azərbaycana və başlayırlar burada təbliğ etməyə. Buna bizim heç birimiz yol verməməliyik.”

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ən çox oxunanalar