Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda torpaq sürüşməsində 93 nəfər həlak olub - Yenilənib

Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb...

APA BBC-yə istinadən xəbər verir ki, yerli xəstəxanalarda ən azı 129 yaralıya tibbi yardım göstərilir və indiyədək təxminən 250 nəfər xilas edilərək xilasetmə düşərgələrinə köçürülüb.

Ştat rəsmiləri bildirib ki, xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışları və körpünün uçması prosesin sürətli aparılmasına mane olur.

"Vəziyyət çox ağır olaraq qalır. İtkilər arta bilər", - ştatın yüksək səviyyəli rəsmis yerli mediaya deyib.

Rəsmilər axtarış və xilasetmə işlərində təhlükəsizlik qüvvələrinə kömək etmək üçün 200-dən çox hərbçinin prosesə cəlb olunduğunu bəyan edib.

***

Hindistanda torpaq sürüşməsi nəticəsində ən azı 41 nəfər həlak olub, çox sayda yaralı var

APA "The Express Tribune" saytına istinadən xəbər verir ki, torpaq sürüşməsi Hindistanın cənubundakı Kerala ştatında baş verib.

Yerli medianın məlumatına görə, bölgədə əsas körpünün dağılmasından sonra xilasetmə əməliyyatlarında çətinlik yaranıb.

Ştatın səhiyyə naziri Veena Corc 70-dən çox insanın yaralandığını bildirib.

"Indian Express" qəzetinin yazdığına görə, çox sayda adamın Çaliyar çayında batdığı ehtimal olunur.

Qeyd edək ki, Kerala güclü yağış və daşqınlara meyllidir, 2018-ci ildə bu ştatda daşqınlar zamanı 400-ə yaxın insan həlak olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay