Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin genişləndirilməsi üçün 150 milyon dollar ayırıb

Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin (AESP) genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib...

“Report” bu barədə banka istinadən xəbər verir.

Məlumata görə, məqsəd məcburi köçkünlərə, qadınlara, gənclərə və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə onların özünüməşğulluq imkanlarını təşviq etməkdir.

“Son 3 ildə 5 mindən çoxu qadın olmaqla 15 min şəxs öz bizneslərinə başlamaq üçün bu aktivlərdən yararlanıb. Qiymətləndirmələrə əsasən, AESP iştirakçılarının 70 %-dən çoxu layihə tərəfindən təmin edilən aktivləri aldıqdan 24 ay sonra da işlərini davam etdiriblər. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət edəcək və AESP çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün uyğunlaşdıracaq və pilot olaraq sınaqdan keçirəcək”, - məlumatda deyilir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Steffi Stallmeister qeyd edib ki, Azərbaycan həssas qruplar üçün əmək bazarını yaxşılaşdırmaq üçün səylər göstərir: “Ancaq, uyğunsuzluqlar, yüksək qeyri-rəsmi məşğulluq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır. Bu layihə ölkədə daha inklüziv, özəl sektorun liderlik etdiyi iqtisadi artımı təmin etmək üçün əsas olan bu problemlərin həllinə kömək edir”.

Poıiqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar