Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Yunanıstan nəhayət 10 illər sonra Egeydə Türkiyənin dəniz sərhədlərini tanıyıb...

Politoloq: “Yunanıstanın Türkiyənin dəniz sərhədlərini tanıması iki ölkə arasında olan gərginliyin qalxmasına müsbət təsir edəcək”.

“Təbii ki, bu məsələ hələ iki ölkə arasında tək problem deyildi. İlk növbədə Şimali Kipr məsələsi açıq qalır”.

Bu sözləri politoloq Azər Qasımov Yunanıstanın Türkiyənin dəniz sərhədlərini tanımasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Yunanıstan nəhayət 10 illər sonra Egeydə Türkiyənin dəniz sərhədlərini tanıyıb.

Bəs bu, Afina ilə Ankara arasında 100 ildir davam edən “soyuq müharibə”nin ortadan qalxması üçün yetərli olacaqmı, yoxsa iki ölkə arasında gərginliyi tətikləyən digər strateji fikir ayrılıqları münasibətlərdə “soyuq müharibə”ni hələ də davam etdirəcək?

Yunanıstan-Türkiyə münasibətlərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Türkiyənin sərhədləri içində olan adalar məsələsi də həll edilməlidir”.

Bu adalarla Türkiyə torpaqları arasında məsafənin gözlə görünən qədər olduğunu vurğulayan politoloq bildirib ki, həmin adaların yunanlar tərəfindən silahlandırılması da başqa problemdir:

“Yunanıstanın Türkiyənin dəniz sərhədlərini tanıması iki ölkə arasında olan gərginliyin qalxmasına müsbət təsir edəcək. Türkiyə üçün “Mavi vətən” konsepti çərçivəsində dəniz sərhədlərinin müəyyən edilməsi, həm də ədalətli şəkildə həll edilməsi prinsipial məsələ olaraq qalır.

Məsələ ondadır ki, Egeydə Türkiyənin öz quru sərhədlərinə sıxışdırılması ədalətli deyil və Türkiyə dəniz sərhədlərinin altı mildən on iki milə çıxarılmasını tələb edir. Qəbul edilən qərarda bunun nəzərə alınması varsa, deməli, bu, iki ölkə üçün vacib addım olacaq ki, münasibətlər qaydasına düşsün.

Azər Qasımov: “Türkiyə üçün “Mavi vətən” konsepti çərçivəsində dəniz sərhədlərinin müəyyən edilməsi, həm də ədalətli şəkildə həll edilməsi prinsipial məsələ olaraq qalır”.

Təbii ki, bu məsələ hələ iki ölkə arasında tək problem deyildi. İlk növbədə Şimali Kipr məsələsi açıq qalır. Bundan başqa Türkiyənin sərhədlərində olan adalar məsələsi də həll edilməlidir. Egey dənizi və ya Adalar dənizindəki adaları vaxtı ilə “Lozan anlaşması” ilə Yunanıstana ədalətsiz şəkildə verilməsi səbəbindən Türkiyə Çanakkalə boğazının girişində olan Gökcəada və Bozcada xaricində bütün adalardan məhrum olub.

Müqaviləyə görə bu adaların on ikisi sonradan Türkiyəyə verilməli idi. Bu, bir müddət İtaliyanın nəzarətində olduqdan sonra baş tutmalı idi. Amma bu, baş verməsi. Adalar hələ də Yunanıstanın nəzarətindədir. Bu adalarla Türkiyə torpaqları arasında məsafə gözlə görünür qədərdir. Bu adaların silahlandırılması da başqa problemdir, hansı ki, müqaviləyə görə bu olmamalıdır.

Hesab edirəm ki, yerdə qalan məsələlər də öz həllini tapacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Ən çox oxunanalar