Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovalı diplomat Ukraynaya görə Azərbaycana təşəkkür etdi

“Dost Azərbaycan ölkəsi yenə də Moldovaya bu çətin zamanda yardım edir”.

Bu sözləri Moldovanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Nikolay Kaşukay bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Ukraynada yaranan vəziyyətlə əlaqədar 400 min ukraynalı Moldovadan keçməklə digər ölkələrə yerləşdirilib.

“Amma hazırda 100 min ukraynalı Moldova ərazisindədir. Bu, Moldova əhalisinin dörd faizidir”, - deyə o bildirib.

Diplomatın sözlərinə görə, ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən dərman vasitələrindən ibarət bir milyon dollarlıq (1,7 milyon manat) humanitar yardım bu gün Moldovaya yola salınıb.

O, bu çətin vəziyyətdə Azərbaycan Respublikası tərəfindən edilən yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Bu, ölkələrimiz arasında dost münasibəti bir daha təsdiqləyir”, - deyən diplomat bu dostluğun daha da möhkəmlənəcəyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar