Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Prezidentinin Ofisi müharibənin sonu barədə proqnozunu açıqlayıb

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin başa çatacağı ilə bağlı yeni proqnozunu açıqlayıb.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Aleksey Arestoviç, həmçinin Rusiya hərbçilərinin paytaxt Kiyev yaxınlığındakı mövqelərinə qayıda bilmələri və Xarkovu tutmaq ehtimalları ilə bağlı fikirlərini bölüşüb.

"(Rusiya hərbçiləri-red) Aprelin sonu - mayın əvvəlində öləcəklər, hücum edə bilməyəcəklər. Hətta ərazimizdə qalsalar da, yaşıl ot görünən kimi biz onları yerindən tərpədərək, ordunun qüvvələri ilə əzəcəyik. Hərbçilər və yerli sakinlər, kəndlilər onlara qısa zamanda nifrət edən bir ölkədə qalmağın necə olduğunu göstərəcəklər”, - Aretoviç müharibənin nə vaxt bitəcəyi ilə bağlı öz fərziyələrini bölüşərkən deyib.

O, həmçinin Rusira qoşunlarının Kiyev yaxınlığındakı mövqelərə qayıtma ehtimalının az olduğunu vurğulayıb.

"Onlar geri qayıtmağa hazırlaşmırlar, müharibədə heç kim, hətta rusiyalılar belə, müdafiə mövqelərini onları yenidən ələ keçirmək üçün vermirlər. Onları yerində saxlamaq daha asandır. İkincisi, onları tutmaq üçün qruplaşmaq lazımdır. Onlar qüvvələrini şərqdə cəmləşdirirlər. Kiyevə yenidən qüvvələr göndərmək üçün tam axmaq olmalısan. Əgər gəlsələr, onları məhv edəcəyik”, - Aretoviç əlavə edib.

O, Ukrayna qoşunlarının şərqdən hücum gözlədiyini deyib, lakin Ukrayna rəsmisi həm də hücumun uğuruna inanmır, çünki hücum cəhdləri artıq bir neçə dəfə təxirə salınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ən çox oxunanalar