Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin Rusiyaya qarşı embarqolarının altında nələr var?

Qərb öz prinsiplərini pozur. Hazırkı addımlarının məqsədi tam da Rusiyanın varlıqlarını ələ keçirməkdir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 10 mart 2022-ci il

Ukraynanın işğalı nəticəsində Qərbin Rusiyaya embarqoları artaraq davam edir. Nəhayət, Rusiyanın şah damarı olan təbii qaz və neftin kəsilməsi istiqamətində addım atılıb. Dünya ictimai rəyi bu hadisələri normal hal kimi qiymətləndirir. Daha doğrusu, hər kəs görülən işlərin nəticələrinə əsasən hansı yeni tədbirlərin alına biləcəyini müzakirə edir və buna uyğun olaraq yeni mövqelər hazırlamağa çalışır. Heç kim düşünmür ki, Qərbin, xüsusən də ABŞ-ın bunu etməyə haqqı varmı?

Bildirilir ki, Qərbin Rusiya qarşısında müdafiə etdiyi dəyərləri var. İddia olunur ki, bunlar demokratiya, azadlıqlar, insan haqları və s-dir. “Soyuq Müharibə” dövründə yaşanan gərginlik və ya qütbləşmə arasındakı fərq burada da aydın görünür. Təbii ki, o dövrdə demokratiya, azadlıq kimi dəyərlər Qərbin kommunist Rusiyasına qarşı əsas dayaqlarından biri idi. Lakin bununla yanaşı, kapitalist iqtisadi model ilə dövlətçi kommunist modeli arasındakı fərq də tez-tez vurğulanırdı. Yəni mübarizə həm siyasi, həm də iqtisadi idi. Qərb iqtisadi azadlığın (mülkiyyət, sahibkarlıq və s.) və siyasi azadlıqların mərkəzi olduğu halda, kommunist bloku, xüsusən də Rusiya həm siyasi, həm də iqtisadi baxımdan qapalı və zülmkar dünya demək idi.

Sonra nə oldu? Kommunizm dağılandan sonra Rusiya iqtisadi azadlığını bərpa etdi. Qərbin çoxsaylı şirkətləri Rusiyaya sərmayə qoymağa başladı. Rusiya azad iqtisadi nizamın tələblərini yerinə yetirirdi. Ruslar həm istehsal, həm də istehlak planlarında kapitalistləşir, kapitalist dünya sisteminə inteqrasiya olunurdular (Çini də bu cür qiymətləndirmək olar).

Siyasi baxımdan yaxşı-pis seçkilər keçirildi, demokratik əməliyyat təmin olundu. Bir sözlə, Rusiyaya artıq əvvəlki formada qapalı rejim kimi baxmaq mümkün deyildi. Buna baxmayaraq, onun hesabat kartı yaxşılaşmırdı. Etirazlar ortaya çıxan oliqarxlar, müxalifətin bəzi arzuolunmaz elementlərinin sıxışdırılması və arabir baş verən qətllərlə bağlı idi. Əgər insanlar ABŞ-ın qaranlıq tərəflərini öyrənmək istəyirlərsə, C.W. Millsin klassik kitabı olan “Güclü Elitlər”i oxuya bilərlər. Onlar görürlər ki, əgər Rusiyada oliqarxlar və nomenklaturalar varsa, ABŞ-da bəzi çirkli sənədləri olan ailələr də var və MKİ, FTB, Pentaqon, “Wall Street”, Konqre arasındakı əlaqələr də Kreml, oliqarxlar və yeni KQB arasındakı münasibətlərdən heç də aşağı deyil.

ABŞ iqtisadi dəyərlər əsasında Rusiyanı qorxuda biləcəyini anlayanda öz ağırlığını siyasi azadlıqlar məsələsinə yönəltdi. O, Rusiya və Putini avtokratik və zülmkar olmaqda ittiham edib. Bu ittihamı təcəssüm etdirmək üçün onu Rusiyanın həyat sahəsinə təhvil verdilər. Ona görə də, NATO Şərqi Avropa və Baltikyanı ərazilərdə genişləndi və Qafqazda təxribata yönlənildi. Nəhayət, gözlərini Rusiya üçün çox kritik olan Ukraynaya dikdilər. Onu təxribat etməklə Rusiyanı işə qarışdırdılar.

Bəşəriyyətin gözündə işğalçı, kütləvi qətl törədən bir Rusiya və Putin var. Türkiyədə əsas medianın da alət olduğu qara təbliğat başlayıb. Bir vaxtlar İdi Aminə, Ömər Bəşirə, Qəddafiyə edilənlər, bu gün Putinə də edilir.

Bu yaxınlarda bir qəzetdə Putinin yetkinlik yaşına çatmayan qızlarla orgiyaları haqqında xəbər çıxıb. Yəqin ki, yaxın günlərdə Kremlin altındakı krematoriyalar və qaz kameraları ilə bağlı xəbərləri də oxuyacağıq. Bu, ürək bulandıran bir təbliğatdır. Amma burada da ləngiyə bilmirlər və dərin ziddiyyətə düşürlər. Qərbdə karyera qurmuş rus sənətçilərinin qovulması, Dostoyevskinin ədəbiyyat fakültələrindən çıxarılması, rusların restoranlara getməməsi kimi faşist xəbərlər gəlir. Deməli, insani dəyərləri yaşatmaq üçün faşizm lazımdır. Nəhayət, buna da nail oldular. Maarifçilik dialektikası tam da belə işləyir.

Amma daha vacib olan başqa bir məsələ var: iqtisadi embarqolar. Qərb azad və təhlükəsiz bazarları müdafiə etməyə bilməz. Onların məşhur şüarı “qoyun etsinlər, qoyun keçsinlər”dir. İqtisadiyyatın toxunulmaz sahə olduğu və siyasi qüvvələrin, xüsusən də dövlətin şıltaq müdaxilələrindən kənara saxlanmalı olduğu bildirilir. Əslində, bunun praktikada yalnız bir etibarlılığı var. Söhbət həm də sərvətin yenidən bölüşdürülməsindən gedir.

Bundan başqa, iqtisadiyyata hər cür müdaxilənin qarşısını almaq olmaz. Həmin azad bazar deyilən sahədə gizli şəkildə qiymət monopoliyaları yaradılır. Məsələn, konyalı buğda istehsalçısı bundan xəbərsiz olsa da, onun taleyi Çikaqo kənd təsərrüfatının fond bazarında müəyyənləşir.

ABŞ-ın iqtisadi sanksiyalar paketi kimi təklif etdiyi birtərəfli, yuxarıdan-aşağı tədbirlər, əslində, onun mövcud iqtisadi doktrinasının tam əksidir. Bəli, bəşəriyyət dairəsində mal və xidmət axınına özbaşına müdaxilə etmək tarixin adi axarına ziddir. Bunun üçün liberal olmaq lazım deyil. Bu nəticəyə sadə, lakin ardıcıl mülahizələrlə də gəlmək olar. Qərb isə bunun tam əksini edir. Öz prinsiplərini pozur. Əməliyyatın məqsədi tam da Rusiyanın varlıqlarını ələ keçirməkdir. Buna talan, qəsbkarlıq kimi sözlər daha çox yaraşır. Əsas hədəfləri Sibir və Qütb paylaşımı və “Bir Kəmər-Bir Yol”un marşurutlarına hakim olmaqla əlaqəli olduğunu düşünürəm. Bunu bacarmadan əl çəkən deyillər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ən çox oxunanalar