Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Asiya ölkələri niyə Çinin yanındadır?

Çinin Mərkəzi Asiya ilə 3300 kilometrdən çox ortaq sərhədləri var. Son 30 ildə bütün sərhəd mübahisələri danışıqlar yolu ilə həll olunub. Onlar beynəlxalq münasibətlərin yeni növü üçün yaxşı nümunə göstərdilər...

Adnan Akfırat
“Aydınlık” qəzeti, Türkiyə

ABŞ Pekin Qış Olimpiya Oyunlarını boykot etmək siyasətində uğursuzluğa düçar oldu. ABŞ-ın bu təşəbbüsünə qarşı duran 22 ölkənin ən yüksək rütbəli nümayəndələri epidemiya şəraitində Çin paytaxtında bir araya gəldi.

Ən çox diqqət çəkən isə Si-Putin görüşü oldu. Bu görüşdən sonra Çin və Rusiyanın birgə bəyanatı, “Çoxqütblü Yeni Beynəlxalq Nizam” bəyannaməsi dərc olunub. Bu bəyannamə Pekin Qış Olimpiya Oyunlarının əzəmətinə gözəllik qatıb.

Bu yazıda Yeni Beynəlxalq Nizamın həyata keçirilməsinə nümunə olan çox mühüm bir inkişafa diqqət çəkəcəyik. Pekin Qış Olimpiya Oyunlarının açılış mərasimində Mərkəzi Asiya respublikalarının beş prezidenti də iştirak edib. Monqolustan Xalq Respublikasını isə baş nazir Oyun Erdene təmsil edib.

Mərkəzi Asiya üçün çətin dövr

Hazırda Mərkəzi Asiyada nisbətən çətin bir dövr yaşanır. Epidemiya səbəbindən sərhədlər bağlıdır, bəzi regional elektrik şəbəkələri ağır qış şəraiti səbəbindən dağılıb, gərginlik Qırğızıstan-Tacikistan sərhədində münaqişəyə qədər inkişaf edib, Əfqanıstanda tam sabitlik yaranmayıb və ən əsası da Qazaxıstanda “Narıncı Çevriliş” cəhdinin qarşısı yenicə alınıb.

Üstəlik, Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək prosesində Pekinin ən mühüm rəqibi Qazaxıstan oldu. Almatı şəhəri Olimpiadaya ev sabibliyi etmək üçün Pekinlə yarışıb. MKİ-nin rəhbərliyi altındakı terrorçular tərəfindən yandırılan dövlət binaları tüstülənərkən Qazaxıstan prezidenti Kasım Comert Tokayevin Pekinə səfəri ABŞ və Qərbə meydan oxumaq kimi şərh edilib.

Digər tərəfdən, Qazaxıstandan başqa Mərkəzi Asiya ölkələri qış oyunlarında çox az idmançı ilə təmsil olunur. Tacikistan və Türkmənistan idmançıları isə iştirak etməyiblər. Amma dövlət başçıları Olimpiadanın açılış mərasimində iştirak etdilər.

Mərkəzi Asiya ölkələrinin beş lideri Olimpiya mərasimindən iki həftə əvvəl, 25 yanvar 2022-ci ildə Çinlə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd etmək üçün Çin dövlət başçısı Si Tsinpin ilə virtual sammitdə görüşüb. Mərkəzi Asiya liderlərinin Pekin Olimpiadasında iştirakını Çin üçün kritik nailiyyət kimi qeyd etmək lazımdır.

Açılış mərasimində Çinin bütün şimal qonşularının iştirak etməsi ABŞ-ın təcavüzünə qarşı sədd qurulduğuna rəsmi işarə oldu. ABŞ-da isə çaxnaşmaya səbəb olub. Dərhal “Mərkəzi Asiya strategiyamıza yenidən baxılması” yönündə çağırışlar səsləndirilib.

“Rəngli inqlab” təşəbbüslərinə keçid yoxdur

Çinin dövlət başçısı Si Tsinpin fevralın 5-də müvafiq olaraq Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb. Qazaxıstan prezidenti Kasım Comert Tokayevlə görüşü zamanı prezident Si bəyan edib ki, Çin-Qazaxıstan əlaqələri ikitərəfli münasibətlər çərçivəsindən çox kənara çıxır və dünya sülhü və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, Çin Qazaxıstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqda özünün şimal qonşusunu qətiyyətlə dəstəkləyir.

Tokayev Qazaxıstanın xarici müdaxiləyə qarşı mübarizə səylərində göstərdiyi davamlı dəstəyə görə Çinə təşəkkür edib. “Qazaxıstan həmişə olduğu kimi, Çinin əsas maraqları ilə bağlı məsələlərdə qəti dəstək verəcək və xarici güclər tərəfindən təhrik edilməyəcək”, deyə Tokayev bildirib. Tokayev-Tsinpin görüşünün nəticəsi Çin dövlət başçısının son iki ildə ilk dəfə xaricə səfər etmək qərarı oldu. Qazaxıstan prezidentinin dəvətini qəbul edən Sinin səfərinin sentyabr ayında Qazaxıstana səfər edəcək.

Mərkəzi Asiya təbii qaz xəttinin dördüncü damarı

Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı Tsinpin Çinin Türkmənistanla təbii qaz əməkdaşlığının həcmini və miqyasını genişləndirmək, enerji sənayesində əməkdaşlığı genişləndirmək və daha çox təbii qaz almaq üçün Türkmənistanla işləməyə hazır olduğunu bildirib. Berdiməhəmmədov Mərkəzi Asiya-Çin Təbii Qaz Boru Kəmərinin bir hissəsi olan D xəttinin tikintisini sürətləndirmək və Çin-Türkmənistan əlaqələrini daha da inkişaf etdirmək üçün Çinlə daha yüksək səviyyədə işləməyə hazır olduğunu da qeyd edib.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti qurulacaq

Çin prezidentinin fevralın 6-da Qırğızıstanın yeni seçilmiş prezidenti Sadir Çaparovla görüşünün əsas mövzusu Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi olub. Si Qırğızıstandan ekoloji cəhətdən daha təmiz məhsullar almağa istəkli olduqlarını və yük xəttinin inkişaf etdiriləcəyini bildirib. Çaparov Qırğızıstanın sənayeləşməsi üçün Çinlə bir milyard dollarlıq investisiya fondunun yaradılmasını istəyib.

Həmin gün Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilə görüşən Si Çinin Özbəkistana müasir sənaye sisteminin qurulmasına, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının sürətləndirilməsinə və yoxsulluğun azaldılmasına kömək etməyə hazır olduğunu bildirib. Mirzəyev dəmir yolu layihəsinin inkişafı üçün birgə işlərə önəm verdiklərini bildirib və epidemiya dövründə Özbəkistanın çətin anında Çinə dəyərli köməyə görə təşəkkür edib. O qeyd edib ki, Özbəkistan “Vahid Çin” prinsipinə ciddi əməl edəcək.

Əfqanıstanda sabitlik

Tacikistan prezidenti İmaməli Rəhmanla görüşü zamanı Si Tacikistandan daha keyfiyyətli kənd təsərrüfatı məhsulları almağa və Mərkəzi Asiya ölkələri ilə terrorla mübarizədə iş birliyini gücləndirməyə hazır olduğunu bildirib. Si Əfqanıstanla həmsərhəd olan Tacikistanı dəstəkləyəcəklərini ifadə edərək, Əfqanıstanda sabitliyin yaradılmasının region və dünya üçün vacib olduğunu qeyd edib. Rəhman deyib ki, Çin və Tacikistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi Tacikistanın əsas diplomatik prioritetidir və gələcəkdə də belə qalacaq.

3300 km problemsiz sərhəd

Çinin Mərkəzi Asiya ilə 3300 kilometrdən çox ortaq sərhədləri var. Son 30 ildə bütün sərhəd mübahisələri danışıqlar yolu ilə həll olunub. Onlar beynəlxalq münasibətlərin yeni növü üçün yaxşı nümunə göstərdilər.

İkitərəfli ticarət və investisiya ilə Çin və Mərkəzi Asiya respublikaları yüz dəfədən çox artdı. Çin-Mərkəzi Asiya qaz kəməri, Çin-Qazaxıstan xam neft kəməri, Çin-Qırğızıstan-Özbəkistan avtomobil yolu və Çin-Tacikistan magistral yolu kimi böyük layihələr tamamlanıb. Mərkəzi Asiyadan keçən Çin-Avropa dəmir yolu ekspressi qeyri-adi sürətlə inkişaf edib. “Bir Kəmər Bir Yol” təşəbbüsü gücləndirilib və onlar bundan çox fayda görüblər.

Son 30 ildə Çin və Mərkəzi Asiya respublikaları Şanxay Əməkdaşlıq Təşkilatını yaratdılar. Terrorizm, separatizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə böyük uğurlar əldə olunub. “Üç şər”lə mübarizədə irəliləyiş əldə edilib, “rəngli inqilaba qızışdırmaq” adı altında xarici müdaxilələrin qarşısı qətiyyətlə alınıb.

Son üç onillikdə Çin və beş Mərkəzi Asiya ölkəsi arasında aşağıdakı dörd prinsipə əməl edildiyi müəyyən edilmişdir:

a. qarşılıqlı hörmət;

b. mehriban qonşuluq;

c. çətin vaxtlarda həmrəylik;

d. qarşılıqlı fayda.

Qarşıdakı 3 ildə nələr ediləcək?

Yaxın üç ildə Çin Mərkəzi Asiya ölkələrinə 500 milyon dollar ianə verəcək. Pekin Mərkəzi Asiya ölkələrinə səhiyyə, kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, yoxsulluğun azaldılması və özünü təmin edən siyasətləri inkişaf etdirmək üçün 5 min seminar imkanı təklif edəcək.

Çin 2022-ci ildə Mərkəzi Asiya ölkələrinə 50 milyon doza əlavə vaksin verəcək. Pekin tələb edən ölkələrdə ənənəvi tibb mərkəzləri yaradacaq. Çin, həmçinin “Çin-Mərkəzi Asiya Səhiyyə Sənayesi alyansı”nın yaradılmasını təklif edib. 2030-cu ilə qədər ticarət həcmi 70 milyard dollara çatdırılacaq.

O, süni intellekt, böyük datalar, bulud hesablamaları və digər yüksək texnologiyalı sektorlarda əməkdaşlığı gücləndirəcək ki, onlar yüksək texnologiyaların təmin etdiyi rahatlıqdan faydalana bilsinlər. Çin Mərkəzi Asiya ölkələri üçün öz turizm bölgələrini tanıtmaq məqsədilə platformalar yaradacaq və beş Mərkəzi Asiya ölkəsini çinli turistlər üçün təsdiq edilmiş turizm marşrutlarına çevirəcək. Çin hüquqlar arasında inkişafı təşviq etmək üçün “Çin-Mərkəzi Asiya Dostluq Forumu” keçirməyi planlaşdırır. Çin qarşıdakı beş il ərzində bir çox yeni Konfutsi İnstitutunun açılmasına üstünlük verəcək və beş Mərkəzi Asiya ölkəsinə 1200 hökumət təqaüdü verəcək. O, “Gələcəyin Körpüsü” adlı Çin-Mərkəzi Asiya gənclər incəsənət festivalını da təşkil edir.

Si Çinin hegemoniya qırmayacağını öhdəsinə götürüb

Yanvarın 25-də Çin Xalq Respublikasının sədri Si Tsinpin Mərkəzi Asiya respublikalarının liderlərinə belə söz verib: “Beynəlxalq mənzərənin necə inkişaf etməsindən və Çinin nə qədər inkişaf etməsindən asılı olmayaraq, Çin həmişə yaxşı qonşu, yaxşı tərəfdaş, yaxşı dost və öz səmimiyyəti ilə davam edecek. Mərkəzi Asiya ölkələrinin güvəndiyi ölkələr qardaş olaraq qalacaq”.

Si sözlərini belə davam etdirib: “Çin Mərkəzi Asiya ölkələrinin milli reallıqlarına uyğun olaraq müəyyən edilmiş inkişafını hər zaman güclü şəkildə dəstəkləyəcək, onların suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qətiyyətlə dəstək verəcək və Mərkəzi Asiya respublikalarına daha böyük bir dövlətin öhdəsindən gəlmək üçün bütün lazımi yardımı göstərəcək”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay