Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Naxçıvana gedən yola Rusiya nəzarət edəcək” iddiası

Ekspertlər birmənalı şəkildə rəsmi Bakının vaxt itirmədən hərəkətə keçməsinin vacibliyini vurğulayırlar...

“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) AzərbaycanErmənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq. Bu barədə məlumatı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında açıqlayıb: “Dəmir yolunun bərpası ilə əlaqədar olaraq bizim mütəmadi ikitərəfli təmaslarımız olacaq, çünki infrastrukturun operatoru ”Cənubi Qafqaz Dəmir Yolu"dur".

Ermənistan rəsmisinin verdiyi açıqlamadan bu qənaətə gəlirik ki, yola ümumilikdə Rusiya şirkəti nəzarət etmiş olacaq. Ermənistan tərəfi buna könüllü icazə verə bilər, ancaq yolun bizim ərazimizdən keçən hissəsinə niyə Rusiya şirkəti nəzarət etməlidir? Azərbaycanla bu məsələ necə həll edilməlidir?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli birmənalı şəkildə rəsmi Bakının vaxt itirmədən hərəkətə keçməsinin vacibliyini vurğuladı: “Biz hər zaman öz narahatlığımızı bildirmişik. Azərbaycandan keçən o dəmir yolu xəttinə Rusiya niyə nəzarət etməlidir? İndi də rus şirkətlərinin adı keçir. Qətiyyən bu cür hallara yol vermək olmaz. Azərbaycan bu məsələnin üzərinə getməli, dəmir yolu xəttinə bizim strukturlarımız nəzarət etməlidir.

Əhəd Məmmədli

Sülh müqaviləsi imzalanacaqsa, biz Laçın dəhlizi, eləcə də Xankəndi və ətraf əraziləri nəzarətə götürə bilməyəcəyiksə, ərazimizdən keçən dəmir yolu xəttinə Rusiya nəzarət edəcəksə, o zaman bu nə sülh müqaviləsi olacaq? Bu, döyüş meydanında qazandığımız qələbənin masada itirilməsi anlamına gələ bilər. İndidən Azərbaycan rəsmiləri bildirməlidirlər ki, Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinə öz strukturlarımız nəzarət etməlidir. Burada hansısa rus şirkətindən söhbət gedə bilməz”.

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da fərqli düşünmür: “Xeyli müddətdir ki, Zəngəzur dəhlizi ilə bağlı mübahisələr gedir. Ermənilər razılaşmaq istəmirlər. Nəhayət, görünən odur ki, razılaşmaq xəttini götürüblər. Amma erməni xislətini də əldən buraxmırlar. Öz tərəflərində Azərbaycan üçün partlayacaq mina saxlayırlar. Rusiyanın ona görə maraqlarına uyğundur ki, özü nəzarət etsin. Azərbaycan etiraz etmir, onlar da bundan istifadə edirlər. Ermənistan öz ərazisindən keçən hissədə nəzarəti ruslara verir və amma ona da çalışırlar ki, Azərbaycan tərəfi də bu cür addım atsın. Amma buna heç bir halda izn vermək olmaz. Rəsmi Bakı məsələni konkret şəkildə qoymalıdır. Mövqeyimiz belə olmalıdır ki, bütövlükdə o ərazilərə nəzarət bizdə olmalıdır. Məsələyə kompleks şəkildə yanaşılmalıdır. Bu yola başlandığı yerdən bitdiyi yerə qədər Azərbaycan tərəfi nəzarət etməlidir. Ermənistan özünə aid olan hissəni Rusiyaya verir, bu onun öz işidir. Amma nəzarəti tək bir ölkənin ixtiyarına vermək heç bir halda maraqlarımıza uyğun ola bilməz”.

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı da bildirdi ki, öz ərazilərimizə özümüz nəzarət etməliyik: “Azərbaycan müstəqil və suveren dövlətdir və bütün ərazilərinə özü nəzarət etməlidir. Bu, birmənalı belə olmalıdır. Necə ki, son 30 il ərzində Azərbaycan tam şəkildə öz ərazilərinə nəzarəti və idarəetməni həyata keçirib. Yalnız 20% torpaqlarımız işğal altında olduğu müddətdə həmin ərazilərə nəzarət edə bilməyib. 44 günlük müharibədən sonra işğal altındakı 20% ərazisinin 16%-ı geri qaytarıb. Ancaq Rusiya Ermənistanın bütün ərazilərinə nəzarət etmək hüququna malikdir. Ermənistan Rusiyanın forpostudur. Hamıya da bəllidir ki, Rusiyanın şirkətləri Ermənistdanda yol infrastrukturlarına nəzarət edir və idarə edir. Ermənistan bu hüququnu da çoxdan Rusiyaya verib. Bu baxımdan Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında açıqladığı ”Dəmir yolunun bərpası ilə əlaqədar olaraq bizim mütəmadi ikitərəfli təmaslarımız olacaq, çünki infrastrukturun operatoru “Cənubi Qafqaz Dəmir Yolu”dur" açıqlaması təbiidir. Azərbaycan tərəfinin nəzarətində olan ərazilərimizə Rusiya niyə nəzarət etməlidir ki?! İnanmıram ki, bizim rəsmlərimiz buna razılıq versin. Çünki cənab Prezident İlham Əliyev hər zaman Azərbaycanın dövlət və milli maraqlarını qoruyub və müdafiə edib. Biz bütün imkanlarımızla müstəqil dövlət kimi öz ərazimizə aid olan hissəsinə tam təminat vermək gücündəyik. Bizim sözümüz belə imzamız qədər yetərlidir".(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar